16:30 24 Noyabr 2017
182 dəfə oxunub
Çap versiyası
...

Qida zəhərlənməsində əsas müalicə mayeləri damardaxili olaraq və ya içərək təkrar bədənə qaytarmaqdır.

Evdə müalicə

24 saatdan az davam edən qısa qusmalar və kiçik miqdarda ishal ümumiyyətlə evdə müalicə edilə bilər.
Ürək bulananda və ya qusarkən qatı qidalar yeməyin, bol miqrdarda maye qəbul edin.
Spirtli, kafeinli və ya şəkərli içkilərdən uzaq durun.

Strategiya.az deyerler.org-a istinadən bildirir ki, mayeləri müvəffəqiyyətli bir şəkildə içdikdən sonra ürək bulanması və qusma sona çatdığında yemək yeməyə yavaş-yavaş başlanmalıdır. Kiçik miqdarlarda, mədəni yormayacaq sadə yeməklərlə başlanmalıdır. İlkin olaraq düyü, buğda, çörək, kartof, taxıl, yağsız ət və toyuq (qızarmış deyil) yeməyi nəzərə alın.
Əksər qida zəhərlənməsi ishalın dayandırılması üçün reseptsiz dərmanların istifadə edilməsini tələb etməz, amma ifadə edildikləri kimi istifadə edildikdə ümumiyyətlə etibarlıdır. Bu dərmanların uşaqlara verilməsi tövsiyə edilmir.

Tibbi müalicə

 

Qida zəhərlənməsində ana müalicə, mayeləri damardaxili olaraq və ya içərək təkrar bədənə almaqdır. Bəzi hallarda, xəstəxanaya getməyiniz lazım ola bilər. Bu, susuz qalmanın şiddətinə, müalicəyə reaksiya və mayeləri qusmadan içmə qabiliyyətinə bağlıdır. Xüsusilə uşaqların yaxından müşahidə edilmələri lazım ola bilər.

Göbələk zəhərlənməsində müalicə mədənin yuyulması və ya zəhər əleyhinə vasitə olaraq dərmanların verilməsini nəzərdə tuta bilər. Bu zəhərlənmələr çox ciddidir və xəstəxanada reanimasiya tələb edə bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6338 san