15:10 24 Noyabr 2017
198 dəfə oxunub
Çap versiyası
...

Zinbabvenin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva noyabrın 24-də andı qəbul edərək rəsmən ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.

Bu barədə Hararenin milli stadionunda keçirilən inauqurasiya mərasimini canlı yayımlayan Cənubi Afrikanın News 24 xəbər portalı məlumat yayıb. 75 yaşlı Mnanqaqvanın ali dövlət postuna namizədliyini hakim ZANU PF partiyası irəli sürüb.

Xatırladaq ki, noyabrın əvvəllərində Zimbabve prezidenti Robert Muqabe hərbçilər arasında güclü dəstəyə malik olan vitse-prezident Emmerson Mnanqaqvanı dövlət çevrilişinə cəhddə ittiham edərək vəzifədən kənarlaşdırmışdı. Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin heyətində dövlət təhlükəsizliyi naziri postunu tutub, 2014-cü ildə isə vitse-prezident vəzifəsinə təyin olunub. Həmin dövrlərdə ali hakimiyyətin mirası məsələsində hakim partiyada parçalanma baş verib: partiya üzvlərinin bir hissəsi Timsah ləqəbli keçmiş nazir Mnanqaqvanı dəstəkləyib, digər hissəsi isə prezidentin həyat yoldaşı Qreys Muqabenin tərəfində dayanıb.

Noyabrın 15-də hərbçilər hadisələrə müdaxilə edərək prezidentin iqamətgahını nəzarətə götürmüş və Muqabeni ev dustağı etmişdilər. Bir qədər sonra ölkə parlamenti prezidentin impiçmentini müzakirəyə çıxarmış və Muqabe könüllü olaraq istefa vermişdi.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NASA yeni planet kəşf edib
08:23 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8324 san