15:46 24 Noyabr 2017
182 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanda hər hansı bir müəssisə və təşkilatda siqaret çəkməyə görə həmin müəssisə və ya təşkilatın rəhbəri məsuliyyət daşıyacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, müəssisə və ya təşkilat rəhbəri tütündən istifadə edənlər üçün xüsusi yer təyin etməlidir. Əgər belə yer təyin etmək mümkün olmasa, müəssisə və ya təşkilat rəhbəri həmin ərazidə tütündən istifadəni qadağan edə bilər. Əgər tütün məmulatından istifadə qadağan olunmuş müəssisə və təşkilatda tütündən istifadə edilərsə, buna görə rəhbər məsuliyyət daşıyacaq.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunub və dekabrın 1-də keçiriləcək plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5568 san