22:35 24 Noyabr 2017
349 dəfə oxunub
Çap versiyası
...

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək. Ölkəyə gətirilən avtomobillər üçün alınan gömrük idxal rüsumu 75%-ə qədər artırılacaq.Bu artımın qiymətlərə də təsir göstərəcəyi bildirilir.

Avtomobillərə tətbiq edilən idxal gömrük rüsumu gələn ildən artacaq. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

Hazırda isə bu rüsum işlənmiş avtomobillər üçün 70, təzə avtomobillər üçün isə 40 sent təşkil edir.

İdxal rüsumundan əlavə, ölkəyə gətirələn hər bir avtomobilə görə Aksiz və Əlavə Dəyər Vergisi də ödənilməlidir ki, bu rüsumlara artım edilməyib.

Hazırda mühərrik həcmi 1500 kubsantimetrdən aşağı olan işlənmiş avtomobillər üçün gömrük idxal rüsumu 40 sent, təzə avtomobillər üçün isə 70 sentdir ki, bu məbləğ dəyişdirilməyib.

Avtomobil satışı işə məşqul olan şəxslər gömrük idxal rüsumunun artırılmasının qiymətlərə təsir göstərəcəyini bildirir.

Kiçik həcmli mühərikli avtomobillər üçün rüsum dəyişmədiyindən növbəti ildən etibarən, əsasən bu tip avtomobillərin idxalında artımın baş verəcəyi gözlənilir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NİZAMİ, QABİL BURDADI?
09:32 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3303 san