22:38 24 Noyabr 2017
453 dəfə oxunub
Çap versiyası
...

2018-ci il yanvarın 1-dən etibarən ölkəmizə idxal edilən tikinti materiallarına yeni gömrük rüsumları tətbiq ediləcək. Bir sıra tikinti materiallarının gömrük rüsumları qaldırılıb, bəzilərininki isə olduğu kimi saxlanılıb.

Gələn il yanvarın 1-dən ölkəmizə idxal edilən əsas tikinti materiallarına tətbiq ediləcək yeni idxal gömrük rüsumlari məlum olub.

Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə əsasən, mərmər, travertin, əhəngli tuf daşı, qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Gələn ildən sist, xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış, yaxud da digər üsulla düzbucaqlı formalı, gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarin 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Bir sıra tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumları dəyişməyib. Abidə və ya tikinti üçün daşlar, xırda çay daşı, çınqıl, əhəngdaşı tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılacaq

Yeni qərara əsasən, giltorpaqlı sement, hidravlik sement, süni boyanmış və ya boyanmamış ağ sementə 1 noyabr 2018-ci ildən 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək. Gələn il yanvarin 1-ə qədər isə bu malların 1 kiloqramına 0,07 dollar gömrük idxal rüsumunun tətbiq edilməsi qüvvədə olacaq.

Rəndələnmə, cilalanma ilə emal edilmiş və ya emal edilməmiş, bitişdirilmiş və ya bitişdirilməmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan, üzçəkmək üçün, yapışqan vasitəsilə hazirlanmış faner üçün və ya analoji laylı oduncaqlar üçün vərəqlər və digər meşə materiallarinin idxalına tətbiq edilən idxal gömrük rüsumu 10 faizdən 5 faizə endirilib. Gələn ildən ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr üçün isə idxal gömrük rüsumu 10 faizdən 15 faizə qaldırılacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6247 san