08:43 25 Noyabr 2017
331 dəfə oxunub
Çap versiyası
...

Ankarada Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun büstünün açılışı olub.

Açılışda Türkiyə və Rusiyadan rəsmi şəxslər, diplomatlar, mərhum səfirin ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər böyük diplomatik təcrübəyə malik mərhum A.Karlovun həyat yolundan, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafı yolunda göstərdiyi səylərdən danışıblar.

Xatırladaq ki, səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı qətlə yetirilib. Qətildən dərhal sonra Türkiyə və Rusiya tərəfləri dövlət səviyyəsində açıqlama veriblər ki, bu, terror aktıdır və iki ölkə arasındakı münasibətləri pozmaq məqsədi daşıyır.

 

Sabir Şahtaxtı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Meral Akşener istefa verdi
09:39 23.07/2018
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5663 san