22:09 25 Noyabr 2017
1185 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Noyabrın 24-də Brüsseldə V Şərq Tərəfdaşlığı Zirvə Toplantısının Birgə Bəyannaməsi qəbul edilib.

Sənədin ikinci bəndində Avropa İttifaqının həmin proqram üzrə bütün tərəfdaşlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsinin xüsusi qeyd edildiyini, amma millətlərin öz müqəddəratını təyin etməsi hüququ barədə bir kəlmə də danışılmadığını (nə həmin prinsipin ermənilər tərəfindən traktovkasında, nə də hər hansı digər, o cümlədən sağlam düşüncəyə əsaslanan traktovkada) nəzərə alaraq, əminlik hissi ilə demək olar ki, erməni diplomatiyası növbəti dəfə məğlubiyyətə uğrayıb. Tərəfdaş dövlətlərin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinin hər hansı barəsində danışılmayan digər prinsip üzərində aliliyi yenidən təsdiq edilib.

Əlbəttə, ermənilər Avropa İnsan Haqları Məhkəməsinin “Doğu Perinçek İsveçrə əleyhinə” iddiası üzrə qəti qərarının ertəsi günü, yaxud 2016-cı ilin aprelində məhvedici hərbi nokautdan sonra etdikləri kimi, indi də Yerevanda “qələbə” münasibətilə rəqs edib şənlənə bilərlər, amma fakt faktlığında qalır: Bəyannamədə Ermənistanın öz uğurlarından saya biləcəyi bir kəlmə də yoxdur.

Ermənilər öz məğlubiyyətini özünəməxsus tərzdə növbəti qələbə kimi təqdim etməyə, yaxud sadəcə məğlubiyyətin acısını mənasız bəhanələrlə yumşaltmağa cəhd göstərməsəydilər, erməni olmazdılar. Bax elə bu gün də sosial şəbəkələrdə məşhur olan bir qrafoman (gəlin onu reklam etməyək) yazır ki, Azərbaycanın Avropa İttifaqı tərəfindən dəstəklənməsində ermənilər üçün təhlükəli heç nə yoxdur, çünki Azərbaycanın o ərazisinin bütövlüyü nəzərdə tutulur ki, həmin ərazi “Arsaxın öz müqəddəratını təyin etməsi hüququnu qanuni şəkildə reallaşdırdıqdan sonra” bu dövlətin nəzarətində qalıb. Yəni, həmin “ekspertin” Avropa İttifaqının mövqeyi ilə bağlı traktovkasına görə, Brüssel Azərbaycanın bütövlüyünü yalnız nəzarət edilməyən (yəni işğal edilmiş) ərazilər olmadan tanıyır.

Ermənilər həmişə zəngin fantaziya ilə seçiliblər, xüsusən də ağlasığmaz fikirləri tanınmış adamların ayağına yazanda və ya Puşkinin bu və ya digər sətrinin, yaxud digər tanınmış insanların bəyanatlarının mənasının orijinal şəkildə şərh edilməsində. İndi bütün dünyaya izah etməyə başlayıblar ki, Avropa İttifaqı bu və ya digər bəyanatı verəndə nəyi nəzərdə tutur və bu ifadələr necə başa düşülməlidir.

Yeri gəlmişkən, təkcə ermənilər deyil, onların bu günə qədər Azərbaycanı BMT qətnamələrini “yerinə yetirməməkdə” ittiham edən vəkilləri də. Məsələn, Vladimir Kazimirov. O, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mənasının orijinal traktovkasını icad edib və bu da Ermənistanın rəsmi dairələrindəki “ağıl dəryaları” tərəfindən dərhal yayılıb.

Gəlin istər ermənilərin özlərinin, istərsə də onların ehtiyatda olan vəkillərinin keçmiş səfehliklərinin təhlilinə indi baş qoşmayaq. Erməni istifadəçisinin bugünkü şərhinin mahiyyəti özünün “apriori” məntiqsizliyi ilə şok yaradır. Şərhə görə, Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı “nöqteyi-nəzərindən” Bakının hesablamaları ilə müqayisədə 20 faiz aşağıdır. Ermənilərin başqa insanların yerinə söz uydurmağa və öz səfehliklərini başqalarının beyninə yeritməyə (indiki halda Avropa İttifaqı nəzərdə tutulur) qeyri-sağlam meyili başqa bir müəmmanı izah etməkdə onlara çətin ki, kömək etsin: belə olan halda, nə üçün həmin proqram üzrə Aİ tərəfdaşları arasında 4-cü subyekt yoxdur? Bu subyekt o dərəcədə “qanuni şəkildə” öz müqəddəratını təyin edib və Azərbaycandan ayrılıb ki, Avropa İttifaqı ilə Bakının Azərbaycan ərazisi ilə bağlı hesablamaları arasında 20 faiz fərqin yaranması sonuncunun öz ölçüsünü “səhv” başa düşməsi ilə izah edilməlidir?

Həqiqətən, həmin istifadəçinin məntiqi üzrə mühakimə yürütsək, onda Azərbaycan ərazisinin bu 20 faizi haraya gedib? Bakı həmin ərazini hələ də özünə “aid etməyə” çalışır, Avropa İttifaqı isə öz tərəfdaşının ərazi bütövlüyünü dəstəklədiyini bəyan edəndə, həmin ərazini “hesaba almır”. Əgər bütün Cənubi Qafqaz Brüsseldədirsə və o, dörd dövlətin şəxsində deyil, üç dövlətin şəxsində təmsil olunursa, həmin 20 faiz haraya gedib?

Əlbəttə, erməni ekspertlərlə mübahisə etmək özünə hörmət etməmək və öz vaxtını qiymətləndirməmək deməkdir. Erməni bloqerin fikirləri başdan-ayağa cəfəngiyatdır və o, bu fikirləri orada qəbul edilmiş Bəyannamənin müəlliflərinə aid etdikdə, xüsusilə gülməlidir. Tərəfdaş dövlətlərin ərazisi dedikdə, yalnız və yalnız hazırda işğal altında olan və nəzarət edilməyən ərazilərlə BİRLİKDƏ kvadratkilometrlərin ümumi miqdarı nəzərdə tutulur. Bu ərazinin bütövlüyü qəbul edilmiş sənəddə Avropa İttifaqı tərəfindən qeyd-şərtsiz dəstəklənib. Doğrudur, həmin sənəddə birtərəfli separatizm və bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin heç adı da çəkilmir, lakin tərəfdaş dövlətlərin ərazi bütövlüyünə aid 2-ci bənddə danışıqsız dəstəkləmə faktının özü və həmin dövlətlər sırasında müxtəlif “arsax”ların olmaması belə separatizmlərin legitimləşməsinə heç bir şans vermir. Məsələyə sağlam məntiqlə yanaşdıqda, qəbul edilmiş Bəyannaməni yalnız bu cür başa düşmək olar və biz də bütün həmvətənlərimizi bu münasibətlə təbrik edirik.

Yerevanda isə növbəti “qələbə” münasibətilə rəqs edib şənlənməyə davam edə bilərlər, onlar özlərinə yalnız bununla təsəlli verə bilərlər ki, sənədin 6-cı bəndində danışıqların mövcud formatlarının dəstəklənməsi bildirilir. Biz onlara mane olmayacağıq.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6445 san