10:43 12 İyun 2014
5863 dəfə oxunub
Çap versiyası

  Mən dünyadakı bütün  dinlərə böyük hörmətlə yanaşıram. Allaha isə inanıram. Qeyd-şərtsiz. O təkdir. Ona olan sevgi isə nümayişkaranəlik sevmir. Siyasətin futbola sirayətini bilirik. Futbol üzrə Dünya çempionatı təkcə idman oyunu deyil, həm də siyasi bir yarışdır. Belə olmasaydı iştirakçı ölkələrin prezidentləri öz işlərini-güclərini buraxıb, çempionat keçirilən ölkəyə uçub,  tribunadan komandalarına azərkeşlik etməzdilər ki?  Futbol həm də qumardır, mərcdir, böyük pullar deməkdir. 

Braziliyada keçirilən böyük futbol bayramı öncəsi  2010-cu ildə CAR-da keçirilən Futbol üzrə Dünya çempionatını xatırladım. Bilmirəm bu dəfə necə olacaq, o vaxt din də Futbola qarışmağa başlamışdı. Daha doğrusu futbolçu və azərkeşlər Allahı da köməyə çağırırdılar. Sonu necə oldu? Geriyə qayıdıb, kiçik bir ekskurs etmək istərdim.

O vaxt bütün gözləntilərə baxmayaraq Braziliya və Argentina dörddə bir  mərhələdə məğlub olaraq,  mübarizəni dayandırdılar. Üç Avropa və bir Cənubi Amerika komandası yarımfinala çıxdı.
Bu məğlubiyyətlər əlbəttə ki, ən çox Argentina və Braziliya tərəfini ağrıdırdı. Oyun öncəsi müsahibələrində Argentinanın baş məşqçisi Dieqo Maradona Avropa futbolunun öldüyünü qeyd edirdi. Sonda isə Cənubi Amerika futbolunun öldüyü üzə çıxdı. Maradonanın “peyğəmbərliyi” keçmədi,  Allah deyən oldu.

Braziliya yığmasının məğlubiyyətini də dinlə bağlamaq olar. Axı, həledici oyundan əvvəl minlərlə azərkeş millilərinə dəstək vermək  məqsədilə Rio de Janeyro şəhərində ucaldılan İsa Məsihin heykəlinə yürüş edib,  onu  doğma komandalarının futbolkalarının rəngində, sarı rəngdə işıqlandırmağa belə cürət etdilər. Ki, “peyğəmbərimiz, bizimlə ol, bizə kömək ol. Rəngimiz də sarıdır”.  Sonda nə oldu? Bu addım əks  təsir göstərdi,  Allahın qəzəbinə gəldilər. Bəlkə də məğlubiyyətə səbəb həmişə sarı rəngli futbolkalarda oynayan braziliyalıların Hollandiya ilə görüşə göy rəngli maykalarda çıxmasıydı? Bilmirəm.  Axı sonda  sarı rəngdən heç də çox fərqlənməyən narıncı formalı hollandlar qalib gəldilər?

Yaxud da ki, futbolçuların əksəriyyətinin meydana çıxarkən ot örtüyünü öpərək xaç çəkməyi. Yaxud da braziliyalı Kakanın o ərəfədə İslam dinini qəbul etməsinin reportyorlar tərəfindən qabardılması. Yaxud da Afrika şamanlarının CAR yığma komandasının keçirdiyi oyun öncəsi  stadionlara xeyir-dua verməsi, xüsusi dini ayinlər keçirməsi.

Əlbəttə ki, bu, hər bir futbolçunun, azarkeşin, xalqın inancıdır. Lakin sonda qələbə çalan güclülərdir. Dinindən, imanından asılı olmayaraq. 
O vaxt dindən savayı, futbola siyasilər də qarışdılar. Nigeriyanın Prezidenti Qudlak Conatan bir az da irəli gedərək millisinin uğursuz oyununa görə yığmanı 2 il müddətinə beynəlxalq oyunlarda iştirakına qadağa qoydu. Bu da FİFA-nı çox qəzəbləndirdi. Federasiya insidentlə bağlı Nigeriya rəhbərliyinə ultimatum verərək, əgər bu qadağa götürülməzsə, Nigeriya futbol federasiyasının diskvalifikasiya olunacağını bildirdi. 

O vaxt Fransa millisinin də biabırçı məğlubiyyət seriyası Fransa siyasilərini də çox narahat etdi. Hətta İohanezburqa səfərlər, məsləhətləşmələr də düzənləndi. Ölkə rəhbərlərinin yığmanın oyunçuları, məşqçiləri və federasiyanın üzvləri ilə görüşlər keçirdi, Fransa Futbol Federasiyasının prezidenti Jan Pyer Eskalettin istefaya göndərildi. Amma maraqlısı bu deyildi.

 Futbolçuların arvadlarının və rəfiqələrinin oyunlar keçiriləcək stadionlarda iştirakını önəmli sayaraq Fransa Futbol Federasiyası qarşısında məsələ qaldıran, nəticədə xanımların ərləriylə birgə CAR-a səyahətinə nail olan kapitan Patris Evra da Fransa millisini  o vaxt pis vəziyyətdə qoymuşdu.  Axı, Dünya çempionatı  futbolçular üçün bir növ  ailədən, evdən kənar mühitdə həm də bir istirahət sayılır. Kapitanın arvaddanqorxan olması da Fransa millisinə ikinci zərbəni vurmuşdu.

Sonda milli azərkeşlərimizin nəzərinə. Daha doğrusu onların həyat yoldaşlarının, ailə üzvlərinin nəzərinə. Ehtiyatlı olun. Qanlı hadisələrin, qətl hadisələrinin baş verməsinə zəmin yaratmayın. Futbol çempionatı cəmi bir aydır. Ərinizə, həyat yoldaşınıza, çörək ağacınıza qarşı heç olmasa bir ay hörmətlə yanaşın. Niyə?

CAR-da keçirilən futbol çempionatı zamanı belə bir hadisə baş verib. Deməli, azərkeş, 61 yaşlı David Makoeyya evdə olan yeganə televizorda futbola baxmaq istəsə də, arvadı və 2 uşağı tərəfindən müqavimətə rast gəlib. Çoxluq din haqqında verilişə baxmaq istəyibmiş. Televizorun pultu üstündə davada isə Makoeyya ailəsi tərəfindən qətlə yetirilib.  

Xanımlar və uşaqlar! Azərbaycan kişisi sizin üçün Makoeya deyil a... Ehtiyatlı olun. 11 ay onlar sizin seriallara dözürsə, siz də  dörd ildə bir dəfə, cəmi bir ay diqqətli və sayğılı olun. Yoxsa...


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0928 san