19:10 28 Noyabr 2017
924 dəfə oxunub
Çap versiyası

 

 

Vətənimizin mərd oğulları kimi o da torpaqlarımızın müdafiəsində iştirak edib, onu qorumaq üçün çətin bir yol keçib. Bu gün də alnına yazılan yazının xoşbəxtliyini yaşayır, bu gün də Vətənə, xalqa xidmətdədir, etibar olunanların sırasındadır...

O, illərin sınaqlarında bərkiyib, ömür yolu oddan-alovdan keçib. Oddan-alovdan yazmağım sizi xəyalən 1941-45-ci illər müharibəsinə aparmasın. Hələ cavandı, amma saçları özündən tez “qocalıb”. Elə həmişə diqqətimi çəkən də bu idi. Bilirdim ki, o saçlar hədər yerə ağarmayıb. Bir neçə dəfə “Gəlin, barənizdə yazı hazırlayaq, fikrinizi bölüşək” desəm də razı olmamışdı və “Əsas yazılası, işıqlandırılası xidmətimizdi” demişdi.

Həmkarımın təvəzökarlığı da örnəkdi, gözəl bir nümunədi. Yeri gəlmişkən, xidmətlərindən, etibar ediləni necə məsuliyyətlə qoruduqlarından dəfələrlə yazmışam.

Bu dəfə isə imkan tapıb dərdləşdik. Polis polkovnik-leytenantı Sahib Cəfərli 1967-ci il may ayının 29-da Şərurda doğulub. Səkkizinci sinifdən sonra təhsilini Bakıda davam etdirib. Orta məktəbi bitirdikdən sonra Balaxanıdakı mədənlərin birində çilingər köməkçisi işləyib. 1985-ci ildə hərbi xidmətə çağırılıb.

Sonra nə oldu, öz dilindən eşitsək daha yaxşı olar: “İki aylıq hərbi təlimdən sonra məni Əfqanıstana apardılar. Bu barədə evdə kimsəyə söz demədim. Düzü, Əfqanıstan haqqında həmişə sirli bir məkan kimi danışırdılar. Ancaq bizə xilaskar bir ordunun əsgərləri olduğumuzu təlqin etmişdilər. “SSRİ Əfqanıstana qurtuluş üçün gedib, orda sovet səgərlərinə ehtiyac var” şüarları ilə tərbiyə olunmuşduq. Əfqanıstanın iqliminə, təbii şəraitə uyğunlaşmaq mənim kimi onlarla azərbaycanlıya elə də çətin olmadı. Rus dilini bilməyimiz köməyimizə çatdı, hətta yerli əhali ilə də ünsiyyət qura bildik. Heç yadımdan çıxmaz. 1987-ci ildə SSRİ-nin Əfqanıstandakı səfirliyinə hücüm olmuşdu. O zaman komandanlığın əmri ilə səfirliyin mühafizəsi mənim tağımıma həvalə olundu. Məsuliyyətli bir görəv bizə tapşırılmışdı. Çox yüksək peşəkarlıqla səfirliyin mühafizəsini təşkil etdik və buna görə mənə məzuniyyət verdilər. Elə həmin il Azərbaycanın xalq artisti, sevilən sənətkarımız Zeynəb Xanlarova Kabilə konsert verməyə gəlmişdi. Rəhbərlik yenə də məni çağırıb sənətkarımızın mühafizəsini təşkil etməyi tapşırdı. Yəni mənim mühafizə etməklə dostluğum uşaqlıqdan başlasa da hərbi xidmətdə bunu daha da təkmilləşdirdim. Nəyi necə qorumağın məsuliyyətini anladım”...

Əfqanıstan “uçurumu”ndan sağ-salamat qurtulduqdan sonra Vətənə dönüb və təhsilini davam etdirib. Qapılarını döyən poçtalyon bu dəfə ona məktub gətirməyib “Vətən sizləri çağırır” adlı möhürlü, ştamplı əmri gətirəndə o, artıq könüllülərin sırasında, Vətənin müdafiəsində idi.

Hərbi xidmətdən sonra təhsilini Memarlıq və İnşaat Universitetinin axşam şöbəsində davam etdirib və uşaqlıq arzusuna qovuşmaq üçün DİN Baş Mühafizə İdarəsinə müraciət edib. Əfqanıstanda xidməti, torpaqlarımız uğrundakı döyüşlərdə iştirakı, haqqında deyilənlər nəzərə alınıb və xidmətə qəbul olunub. Polis kiçik leytenantı kimi ilk xidmət yeri Bakı Neft Emalı Zavodu olub. Cinayətkarlığın tüğyan etdiyi zamanda mühafizənin təşkili də çox çəin idi və o bu çətinliyin də öhdəsindən bacarıqla gəlib. Onu 1994-cü ildə Şamaxı Rayon Mühafizə Bölməsinə baş inspektor təyin ediblər. Təcrübəsi, insanlarla xoş ünsiyyəti burda da köməyinə çatıb. Beləcə, illər biri-birini əvəz edib. Xidmət yeri ailə vəziyyəti ilə əlqədar Nərimanov Rayon Mühafizə İdarəsinə dəyişdirilib. Bir müddət burda çalışıb. 2006-cı ildə yenidən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Mühafizəsi üzrə Polis İdarəsinin, 2011-ci ildə isə Suraxanı Mühafizə Şöbəsinə bölük komandiri təyin olunub.

O, biliyini, savadını artırmaq üçün 2006-2010-cu illərdə DİN-in Polis Akademiyasında da təhsil alıb.

Sabunçu Rayon Mühafizə İdarəsində 2012-ci ildən xidmət edir. “Bu gün rayon sakinləri ilə polis, xüsusən də mühafizə polisi arasında qırılmaz bir samimiyyət, inam körpüsü var”,-deyən həmkarımız fikrini belə əsaslandırır: “İndi elə bir dövrdə yaşayırıq ki, əmlakını, evini-eşiyini yaxınına, doğmana deyil, güvəncini, etibarını qazandığına etibar edirsən. Polisimiz vətəndaşın inamını və etibarını qazanıb, onun əmlakını göz bəbəyi kimi qoruyur. Mühafizəyə cəlb etdiyimiz obyektlərin, mənzillərin sahibləri ilə müqavilə bağlamadan öncə, ilk işimiz onu idarəmizlə, texnki imkanlarımızla, əməkdaşlarımızla tanışlıq olur. Yəni vətəndaş bilməlidir ki, onun əmlakını kim və necə qoruyacaq. Xidmətimiz həm də inam özərində qurulur. Xidmətə yeni qəbul olunmuş əməkdaşlara əmanətin etibarlı qorunmasını təşkil etmələri üçün tam məsuliyyət hissi ilə çalışmalarını aşılayırıq. Bu da öz növbəsində effektini verir, xidmətimizdə problem yaşamırıq. Hazırda 758 obyekt və mənzil tərəfimizdən qorunur.”...

İdarənin rəis müavini, polis polkovnik-leytenantı Sahib Cəfərli obyektlərin və mənzillərin mühafizəyə cəlb edilməsində Sabunçu RPİ əməkdaşlarının

xidmətini, bu ilin müvafiq dövrü ərzində 50 obyekt və mənzilin məhz onların köməkliyi sayəsində mühafizə cəlb edilməsini də xüsusi vurğulayır.

Haqqında İdarənin rəisi, polis polkovniki Əşrəf Allahyarov belə dedi: “Polis polkovnik-leytenantı Sahib Cəfərli işini bilən, xidmətini düzgün quran, təcrübəli və etibarlı əməkdaşdır.”...

Həmkarımız iki övlad atasıdır. Oğlu Yasamal RPİ-də xidmət edir, polis leytenantdır. Qızı ötən il qəbul imtahanlarından 600-dən yuxarı bal toplayaraq Tibb Universitetinə qəbul olunub.

Həmkarımızın ən böyük qazancı ona olan inamı doğrultması, bir də böyütdüyü, ərsəyə çatdırdığı övladlarıdır...

 

Hafiz Təmirov,

polis mayoru


Müəllifin digər yazıları

  1. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  2. Bu köç hara gedir?...
  3. Uğurlu yollarla irəli…
  4. Tarixə dönənlər...
  5. Biz onları unutmadıq... FOTO
  6. Sizinlə qürur duyuruq… FOTOLAR
  7. Vətəndaşın güvənc yeri
  8. Könül adamı...
  9. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  10. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  11. Vətənin başladığı yerdə… FOTOLAR
  12. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  13. “Mən Azərbaycanlıyam” demək haqqı...
  14. Bu, xilaskar ömrüdür...
  15. Uşaqlar ölməsin....
  16. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  17. Polis-döyüşə hazır əsgər kimi ...
  18. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  19. Xilaskarlar… (FOTO)
  20. Yeni maşınlar təqdim edildi
  21. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  22. “Vicdanlı” başlıqlar...
  23. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  24. Vətənpərvər və sağlam gənclik üçün…
  25. Vətən üçün, xalq üçün və gələcək üçün...
  26. Onun rəngli dünyası... (FOTO)
  27. Ölümün ağ rəngi... (Fotolar)
  28. “Artıq gecdir” deməmək üçün...
  29. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  30. Görüşə polislər gəlmişdilər...
  31. Polislər bu nəcib işdə birincidirlər
  32. Haqqı görə bilmək xoşbəxtliyi...
  33. Bəxtiyar olmaq...
  34. Əbədiyaşar…
  35. Etibar edənlər peşman olmur…
  36. Bir həsrət yazısı…
  37. Tələsin insanlar...
  38. Azadlıq rəngli Bayrağım!
  39. Sabahı bu gün düşünək...
  40. Çətin qazanılan şirin nemət-Azadlıq…
  41. Sabitlik adlı sərvətimiz…
  42. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  43. 90 yaşın işığında… - FOTO
  44. İtirdiklərimiz…
  45. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  46. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  47. Çörək satıb, çörək qazanan qadın...
  48. AĞLAMA
  49. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  50. 20 yanvar-Vətən tarixi...
  51. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  52. Həmrəyliyə gedən yollar
  53. “Yox deməyi bacaraq”!!!
  54. On iki il, bir ömürlük həsrətdi hey....
  55. Vətən üçün...
  56. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  57. “Küçə uşaqları”nın gələcəyi...
  58. Çəkdim ki, izim qala...
  59. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  60. Gələcəyimizin sağlamlığı üçün...
  61. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  62. “Söz”dən sonra….
  63. Vətən daşı olmaq üçün... Foto
  64. Ölüm ömrün sonu deyil… Foto
  65. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  66. Xalq, dövlət və bayraq üçün… Foto
  67. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  68. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  69. Sən yanmasan, mən yanmasam...
  70. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  71. Sahibsiz köçün hekayəsi...
  72. Rahatllıq da bir xoşbəxtlikdir...
  73. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  74. Gələcək üçün, gənclik üçün...
  75. Andına sadiq Azərbaycan Polisi…
  76. Vətən unudulmur, Vətən unutmur… Foto
  77. Ümidləri doğrultmaq üçün...
  78. İyirmi beş il, iyirmi beş qərənfil...
  79. Bir “həmkarıma...
  80. Bayram günlərində də...
  81. Bu, elə bir bəladır ki...
  82. “Uğur olsun”, deyirik…
  83. Azərbaycan deyiləndə ayağa dur ki...
  84. Hər atılan daşa...
  85. O, həmişə bizimlədir
  86. Bir oğul var... - Fotolar
  87. Qayğı da var, nəzarət də
  88. Görüşməyək, qorxuram...
  89. Dərdin adı Xocalı...
  90. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  91. Bayrağımızı ucaldanlar... -Fotolar
  92. Rənglər danışır, biz isə susuruq...
  93. Vətəndaş kömək umur, kömək görür...
  94. Arzu dolu ömür yolu... - Foto
  95. Kaş, yuxum çin olaydı...
  96. Belə bir oğul vardı... - Fotolar
  97. Belə “qəhrəmanlıq” olmur...
  98. Ağ qadın
  99. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  100. Yollara
  101. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  102. Həsrətinə bir film çəkmək istəyirəm...
  103. Bir gözəl gəzirəm məni öldürə
  104. Ürək
  105. Bir məktub, bir ailənin sevinci...
  106. 23 ay-23 il...
  107. Qayıtma
  108. Qocalar
  109. Həsrət
  110. Məktub
  111. Bir ömrün yuxusu
  112. Ayrılıq ölüm deyil...
  113. Ehtiyac ölümdən qorxuludur...
  114. Atamın 55 yaşı...
  115. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5721 san