09:09 30 Noyabr 2017
1413 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

  Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və tədris  prosesində  araşdırmalar daima diqqət mərkəzinde olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar  araşdıcılıq  yolu ilə  gündəmə gətirilməli , şagirdlərin  diqqətinə yönəldilməlidir.Təcrübə göstərir ki, ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini  elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim. 

  Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi.  Lakin S.Ə.Şirvani doğma şəhərində - Bakıdan əvvəl Azərbaycanın paytaxtı - baş şəhəri olan  Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhələ məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın eğitim tarixində "Məclis məktəbi" kimi tanınan, 1874-cü ildə şəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən  dərs deyir.

1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə də  işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq  şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan "Əkinçi" (1875-1877) adlı  qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan  maraqlı  cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında  "Rəbiül-ətfal" (Uşaqların baharı)  adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də təsadii deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi:  o, tədris sahəsindəki fəaliyyətinə görə "Za yserdiye" (Fəallığına görə) gümüş medal  ilə təltif olunmuşdu (2 ,səh 3-25).  

   S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi,  ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmırdı.  S.Ə.Şirvani maarifçılık mövzusunda  yazdığı  şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan,  məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani  Azərbaycan şairləri cərgəsində  ən yaxşı  qəzəl, nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni  idi. 

   S.Ə.Şirvanini  həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı,elmi tədqiqatı başlıca  meyar  hesab etməsi idi.

     Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan  müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir.  Rəşid bəy Əfəndizadə (1863-1942)  dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir. O,  yaxşı müəllimlərdən yaxşı təhsil almışdı.   R.Əfəndizadənin  söz ustası və müəllim kimi  pərvazlanmasında atası -  Nuxa (Şəki) şəhərinin qazisi  İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-"Nafe" təxəllüsü ilə şeirlər yazan məşhur müdərris  Hacı Mahmud Əfəndi  ,  dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu ,  Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan  filosof  M.F.Axundzadə (1812-1878)   mühüm rol oynamışlar.

  Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6).

  R.Əfəndizadə "Şaki" təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla,risalələrlə  çıxış etmiş,qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə  tədris olunan bir neçə dərsliyin  müəllifidir.

  R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur.Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi  güman  edilir.

Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük  türklərdəndir.O, 1882-ci ildə  "Ziyayi- Qafqasiyyə" qəzetində  bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin  ezop manerası ilə açdığı "Ey bülbül"  adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir.  Münif Əfəndi  M.F.Axundzadə , Zaqafqaziya müftisi  Şamaxılı Əbdülhəmid Əfəndizadə və  Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından biri idi.(8 ,N 15,)

 

   R.Əfəndizadənin dərsliyinin  Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini   Ruhani İdarəsində katib işlədiyi  Tiflis şəhərində də çap etdirə bilərdi.O vaxtlar  Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır.

  Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir,  məktəb işindən uzaqlaşmır.  İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi  ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi.  Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat

29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı il bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur.Ərizədə R.Əfəndizadənin  ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı  məlumatlar  vardır.  
   R.Əfəndizadə yazırdı:

" Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim  əlifba kitabçasını  nəşr etmək qərarına gəlmişəm...10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri ("Uşaq bağçası" dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri  dərsliyin düzgün korrektə  olunacağına zəmanət vermir. Odur ki, dərsliyi  korrektə etmək üçün Konstantinopola getmək istəyirəm" .

 
 R.Əfəndizadə ərizəsinin sonunda  səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir. (4, vərəq 3-9)

 

    Zaqafqaziya müftisi  M.H.Qayıbovun   18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və  xarici pasport verilir.

 

    R.Əfəndizadənin "Uşaq bağçası" dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN  İstambulun(dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir.

Yeri gəlmişkən qeyd edək ki,"Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13)

 

   Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif "Savadsız adam bir ayda oxuyur  və yazır" sözlərini yazmaqla  şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının " Rəşid bəy Əfəndiyev "kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5).

 

    Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam  Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin  ibtidai məktəblərdə  istifadə olunmasını  faydalı hesab etmişlər (9).

 

    Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını  nəzəri və elmi-metodik cəhətdən  düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi  lazım bilmişdir.

 

   Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən  hissəsindəki materiallar  70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində  dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda  olan  seirlər,   islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur.

 

   Dərsliyin üçüncü fəqərəsindəki  16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. "Tülkü və Qaraquş", "Çaqqal", "Kor kişi",  "Qardaş və bacı",  "Sədaqət", "Məktəbə dəvət" (bu şeir görkəmli rus pedaqoqu L.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.),   "Vəsfi-məktəb" dərsliyi dəyərləndirən materiallardandır.

 

    R.Əfəndizadənin  "Uşaq bağçası" bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir.(7).

 

    R.Əfəndizadə 1901-ci ildə "Bəsirətül-ətfal" adlandırdığı  ikinci dərsliyini Bakı  Quberniya İdarəsinin mətbəəsində çap etdirir. 

206 səhifəlik bu əsər   də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.  Dərslikdəki materialların çoxu müəllifin  özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir.

 

    R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan  ikinci kitabı da "Bəsirətül-ətfal" adlanır.      Bakıda 1901-ci  ildə çap olunmuş "Bəsirətül-ətfal" dan fərqli  olaraq, bu dərslik  müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı  V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru  L.A.Çarskayanın  1902-ci ildə  Peterburqda nəşr etdirdiyi "Tələbə qızın gündəliyi" əsərində işıq üzü görmüşdür. Dərsliyin üz  qabığındakı şəkildə zəmanəsinin tanınmış riyaziyyat müəllimi   Qriqori  Porden (tələbə qızlar onu özlərinə yaxın bilib " Qri-Qri dayı "  adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində  verilmişdir. Müəllim - şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı   görünür.

 

    R.Əfəndiyevin İstanbul "Bəsirətül-ətfal"ı   İstanbulun  Babəli caddəsində 72 nömrəli  binada yerləşən  Mahmud bəy mətbəəsində çap olunmuşdur.  Həcmi 128 səhifədir. Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu  tədris kitabı da  kitab nəşri  tariximizdə layiqli yer tutur.

 

    XIX əsrin II yarısından başlayaraq   Azərbaycan-Türkiyə  arasında ədəbi, elmi  və eğitim əlaqələrinin genişlənməsində  müxtəlif  növ məktəblərdə çalışan  digər müəlimlər--Bakı Real Məktəbinin  müəllimi, "Əkinçi" qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),"Ziya" qəzetinin redaktoru, əvvəllər Şamaxıda  müəllim və qazı işləyən Səid Əfəndi   Ünsizadə,  "Şərqi-Rus" qəetinin redaktoru  Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi  Rasizadə (Hüseyn Cavid),  "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından - M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları misilsiz   xidmətlər göstərmişlər. Onların yaradıcı  fəaliyyəti bugünkü müəllimlərə  gözəl  nümunədir.

 Ölkəmizin  tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili,    pedaqoji mətbuatı  və  egitim siyasəti ilə  ilgili olan  digər  məsələlərinin  həlli yolunda   hələ görülməyən işlərimiz  çoxdur. Bu məsələlərin həllində müəllimləri qüvvəsi səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına  qayğı və sayğı  daha da artırılmalıdır.


 Açar  sözlər- araşdırma, öğrətmen, yaradıcılıq, məktəb, fənlərarası əlaqə

Xülasə

 

Məqalədə öğretmen  egitimində  araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti  Azərbaycan - Türkiyə arasında  eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti  kimi vacib olan  proqram xarakterli  işlərin görülməsinə cəlb edilir.

           

 Resume


 The article is about  the importance of investigation in teaching and the role  of Azerbaijan  teachers  in this project.

 

                                                 Qaynaqlar (İstifadə olunmuş  ədəbiyat )


        1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.

        2.Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.

        3.Rəşid bəy Əfəndiyev,"Bəsirətül-ətfal",Bakı,1901.

        4.Rəşid bəy Əfəndiye."  Bəsirətül-ətfal.,İstanbul,1907.

        5. Rəşid bəy  Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.

        6.Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.

        7. ARDTA - Azərbaycan  Respublikasının Dövlət Tarix Arxivi. Fond  291,siyahı 5,saxlamavahidi 2497,  vərəq1-7

        8.  ARDTA. Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.

        9.ARDTA. Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.

        10. "Ziyayi-Qafqasiyyə" qəzeti,  N 15  ,5 may 1882--ci il.

        11. "İşıq" qəzeti , 1912-ci il , N 9


Müəllifin digər yazıları

  1. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  2. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  3. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  4. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  5. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  6. Nüktələr və nöqtələr....
  7. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  8. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  9. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  10. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  11. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  12. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  13. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  14. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  15. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  16. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  17. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  18. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  19. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  20. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  21. Bağışla, bağışla, bağışla bizi
  22. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  23. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  24. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  25. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  26. Bizə ən gərəkli - Fil hesabatı
  27. “Bağçasaraydan göndərilən məktub”
  28. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  29. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  30. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  31. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  32. Doğma yurdun qış lövhələri...
  33. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  34. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  35. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  36. Hamıya dostam mən,bir qardaşam mən
  37. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  38. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  39. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  40. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  41. Söz sözü çəkər, əgər sözün közü varsa
  42. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  43. Müəllim olanda da yaxşı müəllim olun
  44. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  45. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  46. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  47. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  48. Ay Allah bəndəsi, niyə yazıqsan?
  49. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  50. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  51. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  52. Təbrizdən kənd məktubları
  53. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  54. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  55. Dünya yaman dünyadır
  56. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  57. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  58. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  59. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  60. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  61. Sözgəlişi, ola bilər düzəlişi...
  62. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  63. Bu Dünya- Şirin Dünya.....
  64. Göz görür,ağıl kəsir....
  65. Tərcüməsiz başa düşülən tatar bayatıları
  66. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  67. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  68. Mənim nəğməli bibim - Foto
  69. Sən yazmasan,mən yazaram
  70. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  71. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  72. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  73. Qulam Məmmədli-120
  74. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  75. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  76. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  77. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  78. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  79. Bu tarix ki var, qəliz məsələ imiş......
  80. SÖZ KİMİNDİR?
  81. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  82. Mənim dualarım
  83. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  84. Təzadlar, ay təzadlar....
  85. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  86. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  87. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  88. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  89. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  90. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  91. Testdən qəsdən danışmırıq
  92. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  93. Dərsliklərimizin halı və vəziyyəti
  94. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  95. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  96. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  97. Hırsızın gözü əlyazmalara düşdü
  98. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  99. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  100. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  101. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  102. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  103. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  104. Hacı Səid Əfəndi Ünsizadə-191
  105. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  106. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  107. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  108. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  109. Bir daha Ünsizadələr haqqında
  110. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  111. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  112. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  113. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  114. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  115. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  116. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  117. Bizə hansı elmlər lazımdır və yaxud ...
  118. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  119. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  120. Soyqırımı günündə dostumu itirmişəm
  121. Bu yaz bir başqa yazdır
  122. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  123. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  124. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  125. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  126. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  127. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  128. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  129. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  130. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  131. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  132. Dərgahdan başlanan yol
  133. Fikrin ifadə formalarından biri
  134. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  135. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  136. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  137. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  138. Təhsil tariximizin maraqlı səhifələri
  139. Təhsil tariximizdən maraqlı səhifələri
  140. Akademiklərin cərgəsindəki müəllim
  141. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  142. Mübarizə bu gün də var,sabah da...
  143. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  144. "Əkinçi" qəzeti-140
  145. Mustafanın Çanakkala məktubu
  146. Məktəbdə elm və texnologiya həftəsi
  147. Mübarizə bu gün də var, yarın da....
  148. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  149. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  150. Yazımızın tarixi-özümüzün tarixi
  151. Fikrət Sadıq -Dədə Qorqud
  152. Tədqiqatçı öz fikrində israrlıdır
  153. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  154. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  155. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  156. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  157. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  158. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  159. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  160. "Bağçasaraydan göndərilən məktub"
  161. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  162. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  163. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  164. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  165. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  166. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  167. Abdulla Şaiqin uşaq bağçası
  168. "Ziya"nın biblioqrafiyası
  169. Kasıblığın üzü qara olsun
  170. Bu gün M.Ə.Sabirin ad günüdür
  171. Keçən günə gün çatarmı ... - Fotolar
  172. Elmə yönələn yolun başlanğıcı - FOTO
  173. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  174. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  175. Ucundadır dilimin həqiqətin böyüyü ...
  176. İlk hesab dərsliyimiz
  177. Yusif Vəzirovun kölgədə qalan yazıları
  178. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  179. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  180. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  181. Dərslik, dərslik, yenə də dərslik...
  182. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  183. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  184. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  185. "ZİYA"lı ziyalı - Foto
  186. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Bakıda yanğın
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.509 san