08:33 06 Dekabr 2017
897 dəfə oxunub
Çap versiyası
...

Bakıda vətəndaşa qarşı quldurluq edən şəxs saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs əvvəllər cinayət məcəlləsinin bir neçə bəndi ilə təqsirli bilinərək həbs edilib.

Küçənin ortasında qarşısına çıxan şəxsi bıçaqla hədələyib telefonunu alıb.

Quldurluq cinayəti paytaxtın Nərimanov rayonunda baş verib. Ülvi Cuvarlı Həsən Əliyev küçəsi ilə gedərkən naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək mobil telefonun əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verib. Çox çəkməyib ki, polis quldurluq edən Seymur Osmanovu saxlayaraq bölməyə gətirib.

Saxlanılan şəxs ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib. Seymur Osmanovun üzərinə baxış zamanı ondan quldurluq yolu ilə əldə etdiyi mobil telefon və bıçaq tapılaraq maddi sübut kimi götürülüb.

Polisdən verilən məlumata görə, Seymur Osmanov əvvəllər də ayrı-ayrı vaxtlarda cinayət məcəlləsinin 3 maddəsi ilə təqsirli bilinərək həbs edilib. Bu fakta görə isə onun barəsində Nərimanov rayon polis idarəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5502 san