18:20 06 Dekabr 2017
426 dəfə oxunub
Çap versiyası
...

Bakıətrafı qəsəbələrə elektrik qatarlarının bərpa edilməsi istiqamətində işlər aparılır.

 Abşeron və şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarının relsləri bərpa olunur. Mənbənin sözlərinə görə, elektrik qatarlarının relsləri köhnəlmişdi:

 

"Həmin relslər dəyişdirilir, bərpa olunur. Dəqiq vaxt söyləmək mümkün olmasa da, yaxın gələcəkdə eletrik qatarlarının işə düşməsi gözlənilir".

Qeyd edək ki, Milli Məclisin noyabrın 22-də keçirilən iclasında deputat Çingiz Qənizadə Bakıda tıxacların aradan qaldırılması üçün elektrik qatarlarının bərpa edilməsinin vacibliyini qeyd edib. Deputat bildirib ki, elektrik qatarlarının bərpası həm də ekoloji durumun yaxşılaşmasına səbəb olacaq. Ç.Qənizadə hesab edir ki, elektrik qatarlarının bərpası turizmin inkişafına da müsbət təsir göstərə bilər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:56 24.02/2018
Qızıl ucuzlaşdı
10:09 23.02/2018
Neft ucuzlaşıb
09:25 23.02/2018
 
Xəbər başlıqları
25-02-2018
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5128 san