22:12 06 Dekabr 2017
160 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 6-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan  bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 16 min 300 kvadratmetr ərazi yoxlanılıb, 2 min 300 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cocuq Mərcanlıda iyirmi gün ərzində doqquz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və üç ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) və bir ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 610 min 506 kvadratmetr ərazi tam təmizlənib, 172 min 900 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 6-dək ölkə üzrə, ümumilikdə, 7529 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 537 min 548 kvadratmetr ərazi yoxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava necə olacaq?
12:41 15.12/2017
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5939 san