08:48 07 Dekabr 2017
161 dəfə oxunub
Çap versiyası
...

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilərək yerinə Mikayıl Cabbarov təyin edildi. Dövlət başçısının bu qərarı özəl sektorun inkişafı və sahibkarlara dövlət dəstəyindəki qətiyyətinin ifadəsidir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, özəl sektorun inkişafı və sahibkarların dəstəklənməsi dövəltin iqtisadi siyasətinin dəyişməz prioritetidir. İndiyədək bu istiqamətdə atılan addımlar da göz qabağındadır. Bununla bağlı qanunvericiliyin təkmilləşdiriləmsi, sahibkarlar üçün tətbiq olunan vergi və gömrük güzəştləri, güzəştli kredilərin habelə subsidyalar verilməsi, yoxlamaların sayının kifayət qədər azaldılmasını hətta uzun müddətə dayandırılmasını sadalamaq kifayətdir. Qeyd etmək lazımdır ki, vergi sahəsində aparılan islahatların və loyallaşmanın bir çoxu məhz Fazil Məmmədovun rəhbərliyi dövründə Vergilər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilib və bu sahədə nəzərəçarpan irəliləyişlər də əldə olunub.

Amma görülən işlər tam effektini o zaman verir ki, bir başa sahibkarlarla işləyən strukturlar kadr nöqteyi nəzərdən bu islahatlarla ayaqlaşsın. Bu sahədə sırf Vergilər Nazirliyində axsamaların olduğu sirr deyil. Elə buna görə də bu sahədə yeni yanaşma və yeni nəfəsin gəlməsi zərurəti yaranmışdı.

Ekspert Vüqar Bayramov da hesab edir ki, müvafiq kadr islahatlarının həyata keçirilməsi üçün yeni yanaşmanın olması vacibdir. Sahibkarlarla Vergilər Nazirliyi arasındakı problemlərin bir göstəricisi də bir çox mübahisənin məhkəmə müstəvisində həllini tapmasıdır. Ali Məhkəmədən verilən açıqlamada bunu təsdiq edir. Belə ki, son iki ildə məhkəmə orqanları vergi ödəyiciləri ilə vergi qurumları arasındakı problemlə bağlı 1087 iddiyaya baxıb. Mübahisələrin 63,3%-i isə vergi ödəyicilərinin xeyrinə həll edilib. Yəni əksər hallarda haqsız tərəf vergi qurumları olub.

Bu dəyişiklik prezident İlham Əliyevin post neft dövründə həyata keçirilən islahatlarda qətiyyətinin bir göstəricisidir. Dövlət başçısı çıxışlarında məmurla xitabən açıq bəyan etmişdi ki, yeni iqtsadi mərhələdə tələblərə cavab verməyən şəxslərlə yollar ayrılacaq. Bu təyinat həmin sözlərin əməli ifadəsidir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7939 san