10:23 07 Dekabr 2017
461 dəfə oxunub
Çap versiyası
...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlayıb.
 
ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar isə yağıb, bəzi yerlərdə intensiv olub.
 
Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0-2, Böyük Qafqazda 6-24, Naxçıvan MR-da 2-9, Lənkəran-Astara zonasında 2-14, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 1-6, Qazax-Gəncə zonasında və Naxçıvan MR-da 1-4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 33, Xınalıq, Sarıbaşda 28, Ləzə, Qırızda 20, Xaltanda 19, Qonaqkənddə 18, Nohurdüzü, Kişçayda 17, Altıağacda 14, Qusarda 12, Gədəbəydə 8, Qudyalçay-Qırız məntəqədə 6, Ağdərə, Rvarudda 6, Təngəaltı, Daşkəsən, Yardımlıda 5, Ordubadda 4, Qubada 3, Kəlvəzdə 2, Şahbuzda 1 sm olub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakıda yanğın
08:27 22.02/2018
Gecə Bakıda qətl
21:44 21.02/2018
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Bakıda yanğın
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8409 san