13:09 13 İyun 2014
4601 dəfə oxunub
Çap versiyası
Paşa ARAZ
Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Ömrümün ümumi olaraq otuz yeddinci, fərqli olan on yeddinci, seçilmiş olan yeddinci payızında hələ də baxışlarındakı gizliliyi və sükutu dərk etmədiyim anama üç dəqiqiəlik görüş, elə o qədər də ayrılıq üçün sarılmağın vaxtı yetişdiyini hiss edərək kəndə üz tutdum.

 Həmişəki gedişimdə düşündüyüm, gəlişimdəisəqarşılaşdığım hadisələr eynən təkrarlandı; anamın qırışmış əlləri, titrək öpüşü, yaşarmış gözləri bu hadisələrin real iştirakçıları oldu.

 Anam məni yaradıcı insan kimi dünyaya gətirmişdi, bunu biruzə verməsə də, həmişə bununla fəxr edirdi, amma heç zaman yaradıcılıqla məşğul olmağımı istəməmişdi, acıqla “başını yorma” demişdi.

 Belkə bu səbəbdən anam heç vaxt mənim yazılarımı oxumazdı və bunu gözünün zəif görməsi iləəsaslandırırdı, lakin bir dəfə məcburiyyət qarşısında qalaraq böyük bacıma həsr etdiyim hekayəni oxudu...

 Anam mənə gizli bir məsləhət də vermişdi, ailə qurmaq barədə... Mən bu məsləhətə heç zaman əməl etmədim, yaradıcı doğulmuş, lakin yaratmaqdan daha çox yaradıcılıqla məşğul olan insan kimi bu məsləhətdən yeganə vərəsənin mirasdan imtina etdiyi kimi imtina etdim.

 

İndi anamın mənim yazılarımı oxumamağının əsl səbəbini öyrəndim...

 

 

 

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4343 san