13:49 07 Dekabr 2017
140 dəfə oxunub
Çap versiyası
...

Leonardo Da Vinçinin Christie's hərracında 450 milyon dollara satılmış “Dünyanın xilaskarı” rəsminin adı açıqlanmayan alıcısı çox güman ki, Səudiyyə Ərəbistanının şahzadəsi Bader bin Abdullah bin Məhəmməd bin Farhan Əl-Səud olub. Bu barədə məlumatı New York Times qəzeti yayıb.

Strategiya.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, varis şahzadə Məhəmməd bin Salmanın dostu olan 32 yaşlı Bader tullantıların təkrar emalı sahəsində biznesi idarə edir.

Bu arada “Luvr Abu Dabi” incəsənət muzeyi “Twitter” səhifəsində “Dünyanın xilaskarı” rəsmini öz ekspozisiyasında nümayiş etdirəcəyi barədə məlumat yerləşdirib.

Da Vinçinin buna qədər rusiyalı milyarder kolleksiyaçı Dimitri Rıbolovlevə məxsus əsəri hərraclarda satılan ən bahalı incəsənət nümunəsi olub. Təxminən 1500-cü illərə aid olan şedevr italiyalı rəssamın müasir dövrə qədər gəlib çatan 20-yə yaxın rəsm əsərindən biridir. Əsərin satış tarixi 1958-ci ildən – onun London hərracında 60 ABŞ dollarına satıldığı vaxtdan başlayır. O vaxt “Dünyanın xilaskarı” bu dahi rəssamın deyil, onun davamçılarından birinin yaradıcılığına aid edilirdi. O, 2005-ci ildə yenidən bazara çıxdı və da Vinçinin itmiş rəsm əsəri kimi böyük maraq doğurmağa başladı. 2013-cü ildə Rıbolovlev onu 127,5 milyon dollara fərdi qaydada satın aldı.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5631 san