14:07 07 Dekabr 2017
220 dəfə oxunub
Çap versiyası
...

Ukrayna Prezidenti Petro Poroşenko ölkənin Ali Radasına ultimatum göndərib.

O qeyd edib ki, Ukrayna parlamenti Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı konkret iş görməsə, prezidentlik hüququndan istifadə edərək qanun layihəsini qəbul edəcək.

"Dekabrın 8-də artıq bir ay olacaq ki, Ali Antikorrupsiya Məhkəməsinin yaradılması ilə bağlı Ukrayna Ali Radasına müraciət etmişəm. Mənim müraciətim yenə qüvvəsində qalır. Əgər növbəti həftənin əvvəlində qanun layihəsinin qəbulu ilə bağlı hər hansı istək görməsəm, 7-10 gün ərzində öz təşəbbüsümlə layihəni qəbul edəcəyəm”, - deyə Poroşenko qeyd edib.

Prezident, həmçinin Ali Radadan Venesiya Komissiyasının rəyi əsasında "Antikorrupsiya məhkəmələri haqqında” qanuna yenidən baxılmasını istəyib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-12-2017
15-12-2017
15.12.2017 Neft bahalaşır
14-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5513 san