20:47 07 Dekabr 2017
201 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması İordan çayının qərb sahilində münaqişənin alovlanmasına səbəb olub.

İran KİV-nin məlumatına görə, minlərlə fələstinli Xevron şəhərində etiraz aksiyasına çıxıblar. Aksiyaçılar ilə İsrail hərbçiləri arasında toqquşma baş verib. Ölən və yaralananlar var. Bu saatlarda toqquşma davam edir.

Bu arada isə Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas Qüdsü və işğal altında olan digər əraziləri azad etmək üçün fələstinliləri silahlı müqavimət göstərməyə çağırıb. M.Abbas xalqa müraciətində qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın qərarının heç bir hüquqi əsası yoxdur. Qüds ərəb, müsəlman və xristian şəhəridir.

Rəsmi Tehran da ABŞ-ın qərarını kəskin tənqid edib. Prezident Həsən Ruhani bəyan edib ki, ABŞ bölgədə sabitliyin hökm sürməsini istəmir.

Sabah Tehranda və başqa böyük şəhərlərdə ABŞ-ın qərarına qarşı kütləvi aksiyaların keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, bu gün Türkiyə və İordaniyada da ABŞ-ın qərarına qarşı kütləvi aksiyalar keçirilib.

Rabil Kətanov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
NASA yeni planet kəşf edib
08:23 18.12/2017
 
Xəbər başlıqları
18-12-2017
17-12-2017
16-12-2017
16.12.2017 Neft ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.426 san