18:13 14 İyun 2014
5408 dəfə oxunub
Çap versiyası

Milli musiqi alətlərimizdən olan qara zurna idman aləmində də məşhurdur. Qurşaq tutanlara, güləşənlərə bu musiqi alətinin sədaları böyük ruh verib. Toylarımızda da qara zurna dəbdədir. Bu musiqi alətinin ifaçısını  xüsusi xələt verərək dəvət edirlər. Lap estrada ulduzları kimi. İndi siz özünüz deyin , qara zurna pis şey olsaydı onu ermənilər özəlləşdirərdilərmi? Yaxud da ingiliscə oxuyan yevrovijnçilərimiz onun səsini öz musiqilərinə calaq edərdilərmi? Yox. Nədənsə dünya futbol bayramı günlərində bu qara zurna yadıma düşdü.

Builki Dünya çempionatında çox komanda mübarizə aparır. Amma Azərbaycanın adı yenə də yoxdur. Xaricdə futbolçular oynayıb oyunlarıyla pul qazanırlar. Bizdə isə oliqarxlar pul qazanıb futbola tökürlər. Faydası da ki, yox. Görəsən niyə? Çıxış yolu yoxmu? Var.  Amma xırda bir haşiyə çıxım. Təkrar olsa belə.

CAR-da keçirilən sonuncu dünya çempionatı yadınızdadır da.... Afrikanın "qara zurnası" sayılan vuvuzel həm futbolçuların, həm azarkeşlərin, həm də televiziya ilə bu çempionatı izləyənlərin başağrısına çevrilmişdi.

Hətta  o günlərdə təcili ixtira da meydana çıxmışdı. Almaniyadan olan həvəskar-musiqiçi Tobias Xerre televizorda translyasiya zamanı vuvuzelin səsini xüsusi kompyuter proqramı ilə batırmağı icad eləmişdi. İxtira zurnanın səsini tutur və TV-dən gələn siqnalı ondan təmizləyirdi.  Hətta internetdə  Antivuvuzelafilter.com saytı da peyda olmuşdu. Futbola vuvuzelin səsi olmadan baxmaq istəyənlər təklif olunan proqramı yükləmək imkanı əldə etmişdilər. Bu onlara 2,95 avroya başa gəlirdi. Amma vuvuzelin səsini  yalnız televiziyada batırmaq mümkün idi, stadionda isə yox.
Onu da qeyd edək ki, vuvuzellərin stadionlarda qadağan edilməsi məsələsinə o vaxt təşkilat komitəsində baxılsa da bu, müsbət həllini tapmamışdı. Bu aləti FİFA prezidenti də şəxsən dəstəkləmişdi.

Hətta Argentinalılar Cənubi Koreya oyununda buraxdıqları qola görə zurnanı təqsirləndirmişdilər. Müdafiəçi Martin Demikelis rəsmi olaraq  bildirmişdi ki, Vuvuzelanın səsindən bir-birlərinin xəbərdarlıq səslərini eşidə bilməyiblər. Nəticədə də qol buraxıblar. 

Onu da qeyd edək ki, FİFA bu musiqi alətini stadiona gətirilməsini ona görə qadağan etməmişdi ki, vuvuzelanın "sakit" versiyasının istehsalına başlanmışdı. Bu da adi alətdən 20 desibel az, yəni 107 desibel gücündədir. İndi özünüz də bir düşünün. Belə çıxır ki, qapıda kimin əlində vuvuzela görüb saxlayıblar və onun neçə decibel gücündə səs çıxarmasını yoxlayıblar? İnandırıcı çıxmır.

O vaxt Vuvuzeladan təkcə argentinalılar yox, fransızlar da narazı idilər. Açıq-aydın bildirirdilər ki, onlar oyundan sonra rahat yata bilmirlər. Akustikası olmayan şadlıq evlərində keçirilən toy mərasimlərindən sonra səs-küydən bir-təhər olanlar yəqin ki, futbolçuları yaxşı başa düşərlər. 

Alimlərin hesablamalarına görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20 faiz artırır. 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara səbəb olur. İnsan uzun müddət 90 desibeldən yüksək səs-küyə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyəti azalır. 30-40 desibel arasında olan səs-küy isə gecələr narahatlıq və yuxusuzluq yaradır. Səs-küy nəticəsində insanın vegetativ sistemində, orqanizmdə maddələr mübadiləsində pozuntular baş verir, nevrozlar və ürək-damar xəstəlikləri yaranır.

Amma stadionlara gələn  vuvuzelin səs şiddəti qadağan olunmuş  normadan daha artıq -107 desibel gücündə idi. Bəs bizim milli zurnanın səs şiddəti nə qədərdir? Milli alimlərimiz bəlkə bu istiqamətdə tədqiqatlara başlasınlar? Bəlkə AFFA-nın tərkibində milli zurna elmi tədqiqat institutu  yaradılsın və zurnanın futbolçularımıza bir köməyi olsun? Axı, Avropalıların zurnadan zəhlələri gedir. Bizim də rəqiblərimiz həmişə onlardır. Qoy zurna Avropalı futbolçuların qulaqlarını batırsın, necə ki bizdə  zurnaçılar Salyan aşıqlarının sazının sədalarını üstələyir,  batırır. Bilmirsən aşıq mahnısıdır, yoxsa zurna.

Niyə axı bizim futbolçular dünya çempionu olmamalıdırlar.  Hə? Bizim futbolçuların nəyi çatışmır ki? Pulları var, yeməkləri var, yaşayışları var, xətir-hörmətləri də öz yerində. Bircə milli ruhları yoxdur. Necə deyim axı aydın olsun. Toya gəlirsən yeyib-içirsən. Mədən nə qədər tutur ki, vur-tut yarım kilo. Sonra musiqi olmadı, qara zurna yallı çalmadı, sən də yallı getmədin, day nə ləzzəti?

Ona görə də millimizin milli ruhunu qara zurnayla oyatmalıyıq. Beynəlxalq oyunlarda azərkeşlərə hökmən zurna paylanmalıdır. Fit vermək, söyüş söymək, semiçka çırtlamaq əvəzinə qoy zurna çalsınlar – qara zurna. Vacib deyil ki, hansısa mahnını ifa etməyi bacarsınlar. Sadəcə füləsinlər, lap özlərindən gedənəcən.  Təki futbolçularımız oyansınlar, ruhlansınlar. Neçə ki, bu sədalar altında güləşçilərimiz ruhlanıb olimpiada da hər dəfə qızıl medal, gümüş, bürünc medallar götürürlər. 

Futbolçularımız da yeyib-doyublar. Ruhları da doymuş məhluldur. Bəlkə qara zurna köməklərinə çatdı. Qoy qara zurna milli futbolumuza yar olsun. Bizimkilər qələbə qazansın, avropalıların qulaqları batsın. Amma siz allah, ermənilər xəbər tutmasın. Yoxsa musiqimizdən oğurladıqları kimi, qara zurnamızı AFFA-dan da oğurlayarlar.  Onsuz da siyasətdə ad çıxaran köhnə   zurnaçılardandırlar. 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6775 san