09:33 13 Dekabr 2017
2370 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

"Ziya" qəzetinə uzaqlardan məktub yazanlardan biri - İsmayıl bəy Qaspıralı və onun türk dilində yazımış ilk yazısı- “Bağçasaraydan göndərilən məktub ”

( Tiflis,”Ziya” qəzeti, 08.11.1879, N 42 )
 
1. Böyük və çox əhəmiyyətli işlər üçün kiçik bir müqəddimə
 
1879-1884-cü illərdə Tiflisdə görkəmli din xadimi və maarifçisi Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin hələ heç bir yubileyi keçirilməyib. Bu,o deməkdir ki, "Ziya" qəzetini tarixi,ictimai fikir tariximizdəki rolu indiyədək kölgədə qalıb.Halbuki "Ziya" qəzetinn hərtərəfli tədqiqi ictimai-siyasi,ədəbi-pedaqoji,eləcə də tərcümə tariximizdə bir çox qaranlıq və alatoranlıq məsələləri meydana çıxara bilər.


S.Ünsizadə (1825-1905) 1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya(daş basmaxanası) və mətbəə açmaq üçün hökumət dairələrindən icazə alır.
1879-cu il yanvarın 25-də (səfər ayının 10-da -N.N.) “Ziya” qəzetinin ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq üzü görür.
“Ziya” türk dünyasının ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. “Ziya” bir müddətdən sonra öz coğrafiyasını xeyli genişləndirmiş,”Ziyayi-Qafqasiyyə” adı ilə çıxmışdır. “Ziya”nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük,kiçik şəhərlərdə daimi müxbirləri var idi. Ümumi türk dili ideyası ilk dəfə “Ziya”nın səhifələrində öz əksini tapmışdır.
Uzun illər boyu unudulmuş bu mətbu orqanın dünyaya tanıtmaq çox işlər görülməlidir.
Bu istiqamətdəki növbəti yazımızı oxucuların diqqətinə çatdırırıq.
 
2.Ovraq və məkatib
 
Bu, “Ziya”qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır :
 
“Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qrımdan aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli “Ziya” qəzetəsinin təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının bəzi danışıqlarında cüzi təfavüt var isə də, amma yazırlar ki, onlardan sahibi- savad olanlar sühulətlə (asanlıqla-N.N. ) “Ziya”nı oxuyub, mətləblərini fəhm edirlər. Necə ki zeyldə (aşağıda-N.N. ) dərc olunan “Bağçasaray məktubu” sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının arasında o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı ifadeyi-mənaya müstəidd
(istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan göndərilən məktubu təğyir və təbdil etməmiş, kəmali -məmnuniyyət ilə qəzetəmizə dərc elədük”.
 
“Ziya”nın naşiri və mühərriri belə materialları diqqətlə araşdırandan sonra oxuculara çatdırırdılar.
“Ziya”nın o vaxt imtiyaz sahibi və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri isə onun ortancıl qardaşı Cəlal Əfəndi Ünsizadə idi.
Göndərilən material diqqətlə oxunandan sonra redaksiyanın yönəldici qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi.”Bağçasaray məktubu”nda da bu qaydaya əməl olunmuşdur.
 
 
 
3. "Bağçasaraydan göndərilən məktub
 
Məlumdur ki, Rusiya dövləti içərisində olan millətlər, məsələn …,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər. İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür.
Ğazeta millətin lisanıdır. Ğazetələr millətə mühafiz ola bilürlər. Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin aqilinə(əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər. Bu halda tatar lisanında “Ziya” ğazetəsi nəşr olunması pək(çox) faidəli,iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. “Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz .Bundan sonra bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz. Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (il-N.N.) Qırım bərəkatı (“bərəkət” sözünün cəmidir-N.N.)pək əla olmuşdur. Əkin,meyvə, düxan (burada “tütün” mənasındadır-N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır.Buğda çox oldusa da , qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər.
 
Bağçasaray şəhr məclisindən İsmayıl Mirza"
 
***
4.İsmayıl bəy Qaspıralını tanıyırsınızmı?
 
Çətin sualdır. Hamı elə bilir ki,İsmayıl bəyi hamı tanıyır. Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir.
İsmayıl bəy Qaspııralı 1851-ci il martın 8(21) -də Tavriya quberniyasının Yalta uyezdinin Avcıköy (bir sıra mənbələrdə Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur. Atası Mustafa Əli oğlu əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası Fatma Sultan Temur qızı Kantakurovadır.
Əvvəlcə ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur.
Atası oğlunu özü kimi zabit görmək istədiyindən İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına daxil olmuşdur.(Oğlan məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur “erkək ” sözünün cəmidir, yəni erkəklər-N.N.).
Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy Voronej Hərbi Liseyinə daxil olmuşdur. İsmayıl hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da, burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ).
İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini və Fransa həyat tərzini öyrənmək məqsədilə Fransaya gedir, ( adamın yadına M.F.Axudzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah…” əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox qərar tuta bilmir, Türkiyəyə üz tutur.
İsmayıl bəy Tükiyədə də cəmi bir il yaşayır, sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir. O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı – rəisi vəzifəsində işləyir. Maraqlıdır ki, bu, “Ziya” qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.
İsmayıl bəyin Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti “Ziya” qəzetinin nəşr işlərinə hazırlıq dövründən başlayır. Belə ki, Səid Ünsizadə “Əkinçi”nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq ,tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.
İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə “Ziya”nın yayılmasına köməklik göstərmişdir.
İ.Qaspıralı bu əməkdaşlıq təklifindən sonra özü də qəzetçilik fikrinə düşmüşdür. O,1880-ci ilin əvvəllərində “Faydalı əyləncə” və “Qanun ” adlı qəzet çıxarmaq istəyi ilə müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin mətbəəsində kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun “Ziya” mətbəəsində çıxardığı ilk məcmuə dörd səhifəlik “Tonğuc”dur. “Tonğuc”-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn ” mənasını verir.
Maraqlı faktdır ki, İ.Qaspıralı “Tonğuc”un “Söz-i əvvəl”ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı olduğu “Ziya” qəzetini və türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi xidmətlərini yüksək qiymətləndirmişdir.
… Azərbaycan və türk mətbuatında “Tonğuc” jurnalı haqqında haqqında yazdığım yazılar adi oxucuların və elm adamlarının ciddi marağına səbəb olmuşdur.
“Tonğuc”un bəzi materialları “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur. 1881-ci ilin avqustunda Tiflisdə S.Ünsizadənin “Ziya” mətbəəsində İ.Qaspıralının “Şəfəq” adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə “Ziyayi-Qafqasiyyə”nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. “Ziyayi- Qafqasiyyə” buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə “Şəfəq” jurnalını məccani olaraq göndərmişdir.
İ.Qaspıralının “Tərcüman”a qədərki dörd səhifəlik digər jurnalları- “Günəş”, “Ay”, “Ulduz” və s. İ.Qaspıralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
İ.Qaspıralı türkdilli jurnalist kimi peşəkarlıq vərdişlərini “Ziya”dan, onun yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək yazılarımın birini “Tərcüman”ın təcrübə məktəbi” adlandırmışdım. Redaktor bu sərlövhəni “Tərcüman məktəbi” adı ilə çap etməyi daha münasib görmüşdü (“Oğuz eli” qəzeti, 27.01.1993, N 2 ).
İ.Qaspıralı uzun mübarizə və çarpışmalardan sonra 1883-cü ilin aprel ayında, nəhayət ki, “Tərcüman” qəzetin nəşrinə icazə aldı.”Tərcüman”ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur. Artıq dörd il idi ki, görkəmli türk aydını dünyadan köçmüşdü: ölümündən sonra qəzeti onun oğlu çıxarmışdır.
İ.Qaspıralının Ünsizadə qardaşları ilə dostluq və əməkdaşlığı ictimai fikir tariximizin yaxşı öyrənilməyən bir sıra qaranlıq məqamlarını aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu da monoqrafik tədqiqat yolu ilə ciddi tədqiq edilməlidir.
 
 
 
Ədəbiyyat
 
1.İsmail Bey Gaspıralı İçİn. ( Başeditor Hakan Kırımli ). Ankara, Birinci Baskı.
ekim 2004, 697 səhifə.
2..Sona Vəliyeva. “Əkinçi”dən başlanan yol. “Kaspi” qəzeti-online ,23.07.2013.
3.Nazim Nasreddinov. 130 yaşlı “Tonğuc” veya açılmatan kapılar,pencereler.
22 aralık 2011.”Halduncezayirliooğlu Kolleksiyon”
4.Nazim Nəsrəddinov. “Tərcüman məktəbi. “Oğuz eli” qəzeti,27.01.1993,N 2.
5.Nazim Nəsrəddinov. “Ziya”,”Tonğuc”,”Şəfəq”. “Dalğa” qəzeti,
18-24.05.1993 N19(125).
6.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. “Həyat” qəzeti, 09.02.1993,
N 13(7748) .
7.Nazim Nəsrəddinov. İsmayıl bəy Qaspıralının “Tunğuc” məcmuəsi
və yaxud “Tərcüman”ın təcrübə məktəbi.”Davam.az.,18.02.2013.
8.Nazim Nəsrəddinov. Səid Ünsizadə və M.Ə.Sabir. “Ziya” qəzeti,
21.05.1992, N 9.
9.Aybəniz Kəngərli. İsmayıl bəy Qasprinski. Bakı,2005.275 səh.


Müəllifin digər yazıları

  1. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  2. Söz oyunu və yaxud nüktədanlara xitab
  3. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  4. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  5. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  6. Atamın türkdilli məktubları
  7. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  8. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  9. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  10. Bu dünyanın qızıl günü
  11. Qafur Rəşad Mirzəzadə fenomeni
  12. Papaq və qalstuk məsələsi
  13. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  14. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  15. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  16. Atamın şəkli
  17. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  18. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  19. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  20. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  21. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  22. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  23. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  24. Qara qoçun nağılı
  25. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  26. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  27. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  28. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  29. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  30. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  31. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  32. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  33. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  34. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  35. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  36. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  37. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  38. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  39. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  40. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  41. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  42. Nüktələr və nöqtələr....
  43. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  44. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  45. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  46. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  47. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  48. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  49. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  50. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  51. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  52. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  53. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  54. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  55. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  56. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  57. Bağışla, bağışla, bağışla bizi
  58. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  59. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  60. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  61. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  62. Bizə ən gərəkli - Fil hesabatı
  63. “Bağçasaraydan göndərilən məktub”
  64. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  65. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  66. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  67. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  68. Doğma yurdun qış lövhələri...
  69. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  70. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  71. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  72. Hamıya dostam mən,bir qardaşam mən
  73. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  74. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  75. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  76. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  77. Söz sözü çəkər, əgər sözün közü varsa
  78. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  79. Müəllim olanda da yaxşı müəllim olun
  80. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  81. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  82. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  83. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  84. Ay Allah bəndəsi, niyə yazıqsan?
  85. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  86. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  87. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  88. Təbrizdən kənd məktubları
  89. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  90. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  91. Dünya yaman dünyadır
  92. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  93. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  94. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  95. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  96. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  97. Sözgəlişi, ola bilər düzəlişi...
  98. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  99. Bu Dünya- Şirin Dünya.....
  100. Göz görür,ağıl kəsir....
  101. Tərcüməsiz başa düşülən tatar bayatıları
  102. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  103. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  104. Mənim nəğməli bibim - Foto
  105. Sən yazmasan,mən yazaram
  106. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  107. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  108. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  109. Qulam Məmmədli-120
  110. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  111. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  112. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  113. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  114. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  115. Bu tarix ki var, qəliz məsələ imiş......
  116. SÖZ KİMİNDİR?
  117. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  118. Mənim dualarım
  119. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  120. Təzadlar, ay təzadlar....
  121. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  122. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  123. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  124. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  125. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  126. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  127. Testdən qəsdən danışmırıq
  128. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  129. Dərsliklərimizin halı və vəziyyəti
  130. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  131. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  132. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  133. Hırsızın gözü əlyazmalara düşdü
  134. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  135. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  136. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  137. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  138. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  139. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  140. Hacı Səid Əfəndi Ünsizadə-191
  141. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  142. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  143. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  144. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  145. Bir daha Ünsizadələr haqqında
  146. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  147. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  148. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  149. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  150. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  151. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  152. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  153. Bizə hansı elmlər lazımdır və yaxud ...
  154. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  155. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  156. Soyqırımı günündə dostumu itirmişəm
  157. Bu yaz bir başqa yazdır
  158. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  159. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  160. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  161. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  162. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  163. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  164. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  165. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  166. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  167. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  168. Dərgahdan başlanan yol
  169. Fikrin ifadə formalarından biri
  170. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  171. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  172. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  173. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  174. Təhsil tariximizin maraqlı səhifələri
  175. Təhsil tariximizdən maraqlı səhifələri
  176. Akademiklərin cərgəsindəki müəllim
  177. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  178. Mübarizə bu gün də var,sabah da...
  179. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  180. "Əkinçi" qəzeti-140
  181. Mustafanın Çanakkala məktubu
  182. Məktəbdə elm və texnologiya həftəsi
  183. Mübarizə bu gün də var, yarın da....
  184. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  185. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  186. Yazımızın tarixi-özümüzün tarixi
  187. Fikrət Sadıq -Dədə Qorqud
  188. Tədqiqatçı öz fikrində israrlıdır
  189. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  190. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  191. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  192. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  193. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  194. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  195. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  196. "Bağçasaraydan göndərilən məktub"
  197. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  198. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  199. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  200. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  201. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  202. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  203. Abdulla Şaiqin uşaq bağçası
  204. "Ziya"nın biblioqrafiyası
  205. Kasıblığın üzü qara olsun
  206. Bu gün M.Ə.Sabirin ad günüdür
  207. Keçən günə gün çatarmı ... - Fotolar
  208. Elmə yönələn yolun başlanğıcı - FOTO
  209. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  210. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  211. Ucundadır dilimin həqiqətin böyüyü ...
  212. İlk hesab dərsliyimiz
  213. Yusif Vəzirovun kölgədə qalan yazıları
  214. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  215. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  216. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  217. Dərslik, dərslik, yenə də dərslik...
  218. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  219. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  220. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  221. "ZİYA"lı ziyalı - Foto
  222. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.7868 san