15:06 14 Dekabr 2017
1004 dəfə oxunub
Çap versiyası
...

 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 36-cı Beynəlxalq Fəcr Teatr festivalına dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən bildirlib ki, tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda ekspert kimi iştirak edəcək. Bu məqsədlə Ə. Lalayev 21 yanvar – 1 fevral 2018-ci il tarixlərində İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin rəsmi dəvəti ilə qonşu ölkəyə səfər edəcək. Artıq bir neçə dəfədir ki, dünyanın müxtəlif teatr və musiqili festivallarında münsif kimi iştirak edən Əliqismət Lalayev bu sənət yarışmasını teatr sahəsində ən maraqlı yarışmalardan biri kimi qiymətləndirir.

“Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq Fəcr Teatr festivalının təçşkilatçıları tərəfindən Azərbaycan teatrına göstərilən etimaddır, ümumilikdə teatr sənətimizə sevginin, rəğbətin təzahürüdür. Bundan öncəki - 35-ci Beynəlxalq Fəcr Teatr festivalında bizim Musiqili Teatr da iştirak edirdi. Dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu sənət yarışmasında kollektivimiz dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim etdi. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival təşkilatçıları və Təbrizli tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Məhz bunun nəticəsi olaraq təbrizlilərin xahişi ilə festival proqramından əlavə “Ər və arvad” tamaşasını ikinci dəfə göstərdik. Kollektivimizin üç üzvü bu möhtəşəm festivalın mükafatını qazandı. Mükafatlar təqdim olunarkən bütün zal onları ayaq üstə qarşıladı, sürəkli şəkildə alqışladı. Bu, bütövlükdə Azərbaycan mədəniyyətinə olan böyük marağın və sevginin göstəricisi idi. Hesab edirəm ki, İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzi məhz o uğurlu çıxışın və ölkəmizin adına qazanılan qalibiyyətin nəticəsi olaraq bu dəfə məni belə bir nüfuzlu festivala ekspert qismində dəvət edib. Çaqlışacağam ki, bu dəfə də Azərbaycanı layiqincə təmsil edim”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev söyləyib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Tramp Merkeli hədələyir
14:55 11.06/2018
 
Xəbər başlıqları
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9178 san