10:18 15 Dekabr 2017
655 dəfə oxunub
Çap versiyası
...

Yol hərəkəti qaydalarını pozduqları üçün cərimələnən sürücülər cərimələrini ödəmədiyi halda sürücülük vəsiqələri dəyişdirilməyəcək, avtomobilləri texniki baxışdan keçirilməyəcək.

XəzərXəbər xəbər verir ki, buniu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər ediləcək.

"Bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirən, sürücülük vəsiqəsini dəyişdirən sürücülərin yol hərəkəti qaydalarını pozduğuna görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək. Yəni, qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək".

Ekspert sürücülərə bu problemlərlə qarşılaşmasınlar deyə yol hərəkəti qaydalarını pozmamağı, pozduqda isə cəriməni vaxtında ödəməyi tövsiyə edir.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna bu və digər dəyişikliklər bu gün Milli Məclisdə müzakirə ediləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5136 san