10:43 15 Dekabr 2017
185 dəfə oxunub
Çap versiyası
...

Nazirlər Kabineti "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərinin və mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edib.

Bu Qayda "Azərbaycan İpoteka Fondu” ASC-nin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtləri və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini müəyyən edir.

Qaydaya əsasən zamin Azərbaycan Respublikası adından dövlət zəmanəti verən və dövlət zəmanəti üzrə öhdəliklərin icrasını təmin edən icra hakimiyyəti orqanı qismində çıxış edən Maliyyə Nazirliyidir. Emitent isə ipoteka istiqrazlarının emissiyasını bu Qaydaya uyğun həyata keçirən "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətidir. İndiyə qədər emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınıb. Dəyişikliyə əsasən bundan sonra emitent tərəfindən emissiya edilən (buraxılan) ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği zamin tərəfindən müvafiq il üzrə dövlət büdcəsi haqqında qanunun daxili dövlət borclanmasının deyil, dövlət zəmanətlərinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alınacaq.

"Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edib. Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün daxili dövlət borclanmasının yuxarı həddi (limiti) barədə təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini nəzərə alıb. Dəyişikliyə əsasən artıq bu sahədə əsas səlahiyyətli orqan Nazirlər Kabineti olacaq. Başqa sözlə, "Azərbaycan İpoteka Fondu” ASC ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri Maliyyə Nazirliyi ilə razılaşdıracaq. Eyni zamanda həmin təkliflər razılaşdırıldıqdan sonra ipoteka istiqrazlarının emissiyasının illik həcminin və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra Maliyyə Nazirliyi müvafiq il üzrə dövlət büdcəsi haqqında qanuna daxil edilməsi üçün təkliflərin hazırlanması zamanı ipoteka istiqrazlarının emissiyasının illik həcmini dövlət zəmanətinin məbləğinin yuxarı həddində (limitində) nəzərə alacaq./apa


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:37 19.01/2018
Neft bahalaşıb
09:10 18.01/2018
 
Xəbər başlıqları
19-01-2018
19.01.2018 Prandelli qovuldu
19.01.2018 Sabahın havası
19.01.2018 Neft ucuzlaşıb
18-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6234 san