11:30 15 Dekabr 2017
239 dəfə oxunub
Çap versiyası
...

Bakı Şəhər Prokurorluğu paytaxtın Səbail rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması barədə bəzi KİV-lərdə yayılan xəbərlərlə bağlı məlumat yayıb.

Şəhər Prokurorluğundan daxil olan məlumatında bildirilir ki, bəzi KİV-lərdə paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib. Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı Şəhər Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur.

Belə ki, həmin yol-nəqliyyat hadisəsi zamanı "Jeep Grand Cherokee” markalı avtomobili idarə edən şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət olunmayıb və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb olunsa da, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
12:25 17.01/2018
 
Xəbər başlıqları
18-01-2018
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4428 san