13:12 15 Dekabr 2017
798 dəfə oxunub
Çap versiyası
...

ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun əməkdaşı doktor Selin Nugent Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birgə elmi araşdırmalar aparıb.

İnstitutdan  bildiriblər ki, amerikalı alimin cəlb olunduğu beynəlxalq elmi-tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri üzrə araşdırılması təşkil edir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları doktor Selin Nugentə lazımi dəstəyi göstərib, amerikalı tədqiqatçının institutun arxeoloji fondunda çalışmasına şərait yaradıblar.

Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntılarının izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi barədə mühüm məlumatlar əldə edilir.

Türkiyədə neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra amerikalı alım Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərib. Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent bu il Ohayo Universitetində “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda dissertasiya müdafiə edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-06-2018
17-06-2018
16-06-2018
16.06.2018 Neft ucuzlaşdı
15-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2599 san