19:54 16 Dekabr 2017
333 dəfə oxunub
Çap versiyası
...

Ermənistanın suriyalı qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirməsi beynəlxalq humanitar hüququ ciddi şəkildə pozur.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Azərbaycan nümayəndə heyətinin BMT-yə ünvanladığı məktubda deyilir.

Məktubda deyilir: “Azərbaycanın məcbur köçkünlərin probleminə həssas yanaşması başa düşüləndir. Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzün və ərazilərin işğalının davam etməsi nəticəsində bu gün Azərbaycanda dünyada daxildə yerdəyişməyə məruz qalmış ən çox sayda əhali yaşayır”.

 

Məktubda əlavə olunur ki, bəzi siyasi liderlərin öz maraqları naminə məzlum mühacirlərdən istifadə etmək cəhdlərinə xüsusi diqqət ayrılmalıdır:

“Buna bariz misal olaraq Ermənistan tərəfindən suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsini göstərmək olar ki, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması deməkdir. Bununla erməni nümayəndə heyətinin əsas məqsədi isə suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilməsi üçün maliyyələşdirilməyə nail olmaqdır”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7735 san