09:40 17 Dekabr 2017
350 dəfə oxunub
Çap versiyası
...

Dekabrın 16-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində bir ədəd mərminin tapılması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat daxil olub.

ANAMA-dan  bildiriblər ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 100 mm-lik 4 top mərmisi (O-415) aşkarlanıb.

Tərtər rayonunun Qapanlı kəndi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında aparılan əməliyyat zamanı bir həyətyanı sahəyə baxış keçirilib. Nəticədə bir ədəd F-1 əl qumbarası aşkar edilib.

Top mərmilərinin və qumbaranın aşkarlandığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Mərmilər və əl qumbarası zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Ümumilikdə ANAMA tərəfindən yanvarın 1-dən dekabrın 16-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 7539 partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 35 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 5 milyon 679 min 138 kvadratmetr ərazi yoxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakı şəhərində yanğın
08:29 17.01/2018
Binəqədidə anbar yanıb
20:29 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3433 san