11:41 17 Dekabr 2017
400 dəfə oxunub
Çap versiyası
...

Paytaxt sakini olan qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Orxan Nuriyev – Saxlanılan şəxs: ““Kaşlok”u əlimə alandan sonra baxdım ki, yanımda 2-3 nəfər var. “Kaşlok”u heç mən açmamışam”.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Müəyyən edilib ki, Orxan Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Orxan Nuriyevin analoji cinayətlərdə iştirakı istisna edilmir. Odur ki, onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
13:11 17.07/2018
Masallıda yanğın
08:04 17.07/2018
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4851 san