08:46 18 Dekabr 2017
198 dəfə oxunub
Çap versiyası
...

“Real”ın hücumçusu Kriştiano Ronaldo onun barəsində “Qremio”nun baş məşqçisi Renato Qauşonun səsləndirdiyi fikrə münasibət bidirib.

Madrid komandasına qarşı dünən keçirilən klublararası dünya çempionatının final oyunundan (0:1) sonra braziliyalı mütəxəssis deyib ki, o, futbolçu kimi Ronaldodan üstün olub.

Portuqaliya oyunçu isə bununla bağlı bildirib: “Bu sözlər cavab almağa layiq deyil. Rəqəmlər özü hər şeyi deyir. Ən yaxşı cavab sadəcə, gülüb keçməkdir. Əgər o belə hesab edirsə, mən daha nə deyə bilərəm ki? Bu sözləri eşidəndə onun karyerası maraqlı gəldi. Deyə bilərəm ki, onun yaxşı karyerası olub”.

Qeyd edək ki, Renato Qauşo futbolçu kimi 1982-1999-cu illərdə Braziliyanın müxtəlif klublarında çıxış edib. Avropada isə o, ancaq “Roma”da (1988-89) oynayıb. Braziliya millisinin də şərəfii qoruyan Qauşo 44 matçda 5 qol vurub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərreyl"dən getdi
22:59 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5032 san