09:32 18 Dekabr 2017
4867 dəfə oxunub
Çap versiyası

 

 

 

GİRİŞ

Murtuz Ələsgərovu gənc nəsil Milli Məclisin sədri kimi tanıyır. Mən isə onu ilk dəfə Azərbaycan SSR Dövlər Teleradio Verilişləri Komitəsinin yayımladığı televiziya verilişində görüb, tanımışam. Necə deyərlər – qiyabi. Bir professor-alim, universitetin müəllimi kimi. Vaxt keçdi, il dolandı. Azərbaycan Ali Soveti binasının qabağında YAŞ senzinin götürülməsiylə əlaqədar keçirilən mitinqlə bağlı videosüjetlər yayımlanmağa başlandı. Daha sonra ANS-in xəstəxanadan reportajı. Reanimasiyada əli-ayağı gipsdə olan Murtuz Ələsgərov. Ahıl insanı kim  salmışdı bu vəziyyətə? Əlbəttə ki, sivil siyasi mübarizədən qorxanlar. Nəyə görə? Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının qarşısını almaq üçün qəbul edilən – 70 yaşın varsa Prezident seçilə bilməzsən – qanunun ləğvinə çağırışa görə. Bəs niyə məhz Murtuz Ələsgərov? Axı o mitinqdə çox adam vardı. Çünki Murtuz Ələsgərov hərəkətverici qüvvə – buzqıran gəmi idi. Murtuz Ələsgərov əsl ƏLİYEVÇİ idi. Bunu o sübut etmişdi. Bunu o, son nəfəsinə qədər sübut etdi. Təkcə özü yox, ailə üzvləri də sübut etdi.  Bunu,  onu reanimasiyalıq, el dilində desək şil-küt edənlər də sübut etdilər. ANS də bu tarixi çəkib bütün Azərbaycan xalqına göstərdi.

Onlar az idilər. Bəlkə də tək-tük. Sonra 91 nəfər oldular. Amma onların gücü xalqda idi. Xalq Heydər Əliyevi sevirdi, dəstəkləyirdi, ona inanırdı. Məhz buna görə güclü idilər. Ona görə də siyasi mübarizədə qalib gəldilər. Və artıq 24 ildir ki, qalibdirlər.

Murtuz Ələsgərov Bakı Dövlət Universitetinin rektoru, millət vəkili oldu. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri. Və ən nəhayət mənim qonşum oldu. İndi deyəcəksiniz ki, bu nə ədəbsizlikdir? Heç olmasa “atam, şair Qabilin qonşusu oldu” de. Yox, yalan danışa bilmərəm. Mənzil Prezident Heydər Əliyev tərəfindən atama bağışlansa da, orda ilk gündən mən yaşayırdım. Və iki ildən sonra xəbər tutdum ki, Murtuz müəllim də o binaya köçüb. Bir blokdayıq. O, 11-ci mərtəbədə, mən isə 18-də. Məhz ona görə binamızı Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları qorumağa başladılar. Vergilər naziri Fazil Məmmədovun “oxrana”sını da bura əlavə etsək, biz qonşular tam arxayın idik. İndi də rahatıq – Fuad Ələsgərova görə.

Statistik və tarixi məlumatlar bu qədər.  İndi keçim mətləbə. Qabillə Murtuz Ələsgərovun zarafatlarına. Onu da qeyd edim ki, bu əhvalatları atamın dilindən eşitmişəm. Demişdi ki, heç kimə demə. Amma, deməmişdi ki, “Nəbadə yazasan ha!”

 

NİZAMİ, QABİL BURDADI?

 

1994-95-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, professor Nizami Cəfərov (indi millət vəkili, akademik) atama zəng edir:

–       Salam, Qabil müəllim.

–       Salam, Nizami.

Atam Nizami müəllimə təkcə tənqidçi-alim, dekan kimi baxmırdı. Mən onun qonşusu idim. 9-cu mikrorayonda yazıçılar üçün tikilən binada Nizami müəllim 4-cü mərtəbədə, mən isə 8-də qalırdım. Beşinci kursda mənə dərs də dedi. Nizami Cəfərov Qabil üçün ilk növbədə oğlunun qonşusu (mənzil atamın adına olsa da, dadı mənim idi) və müəllimi idi.

–       Qabil müəllim, istəyirəm ki, bizim 5-ci kurs tələbələrinə bir qoşa saat dərs keçəsən.

Cavab çox da özünü gözlətmir:

–       Nizami, yemək-içmək olacaq?

–       Olacaq.

–       Onda gələrəm.

Vədələşdikləri kimi, Qabil Filologiya fakültəsinə gəlir. O vaxt bir mühazirə 80 dəqiqə çəkirdi. Qabil danışır-danışır və qırx dəqiqədən sonra sözü qurtarır. Üzünü Nizami müəllimə tutur ki, “Vsyo. Mən qurtardım”. Nizami müəllim də Qabilə tələbələr adından minnətdarlığını bildirir. Sonra yavaş-yavaş düşürlər dekanata. Girirlər dekanın otağına. Qapını açarla bağlamırlar. Süfrə salınır. (O vaxt restorana, kafeyə getmək mümkün deyildi. Qiymətlər çox yuxarıydı.) Nizami müəllim kasıbın olanından düzür süfrəyə. Bir sağlıqdan sonra o vaxt hələ Xalq yazıçısı olmayan müəllim, professor Gülhüseyn Hüseynoğlu gəlib çıxır. Məclis qızışır. İkinci sağlıq da deyilib, badələr qaldırılır. Üçüncü sağlıqdan sonra katibə içəri girib deyir ki, “Nizami müəllim, rektor Murtuz Ələsgərov fakültəyə gəlib”. Nizami müəllim məclis əhlindən üzr istəyib çıxır dəhlizə. Murtuz müəllimlə görüşür. Amma dekanatlığa dəvət etməyə, məlum səbəblərə görə  cürət eləmir. Bunu Murtuz müəllim də o saat duyur.

–       Kim var otaqda?

–       Qabil müəllim. 5-ci kurslara dərs deməyə gəlmişdi. İndi çay içir.

–       Nə gözəl? Gedək Qabil müəllimlə görüşüm, – deyə Murtuz müəllim dekanın otağına tərəf gedir. İçəri girir. Qabillə görüşüb-öpüşür. Və Qabil ev yiyəsi kimi onu “çay”a dəvət edir. Murtuz müəllimsə gözlənilmədən “Mən bundan içmirəm. Nizami, viski varındı?” deyə üzünü dekana tutur. Nizami müəllim tezcənə viski təşkil edir. Məclis qızışır. Bir saat, iki saat, üç saat... Necə deyərlər, Qabil Filologiya fakültəsində 40 dəqiqə dərs deyir, 3 saat yeyib-içir. Özü də ki, rektor Murtuz müəllimlə. Mənim dilimlə desək, o çox böyük, amma sadə insanla.

Həmin gündən Murtuz müəllim filologiya fakültəsinə hər gələndə soruşurmuş:

–       Nizami, Qabil burdadı?

 

MURTUZ MÜƏLLİM, AMMA NƏZƏRƏ AL...

Vaxt keçir. Murtuz Ələsgərov Milli Məclisin sədri seçilir. Qabilin Opera və Balet teatrında, Prezident Heydər Əliyevin iştirak etdiyi 70 illik yubiley tədbirindən sonra, spiker kimi şairi parlamentə dəvət edir. Təbrik edir. Ona müxtəlif kitablar, bloknotlar, qələmlər hədiyyə edir.

Üstündən beş il keçir. Hansısa dövlət tədbirində rastlaşırlar. Hamının içində Murtuz müəllim uca səslə:

–       Ay Qabil, təbrik edirəm. 75 yaşın mübarək. Bu günlərdə səni dəvət edib, rəsmi surətdə təbrik edəcəyəm.

–       Çox sağ ol, ay Murtuz müəllim. Amma bir şeyi nəzərə al. Kitabım da var, bloknotum da, ruçkam da...

 

İKİ YAŞ BÖYÜK OLMAĞIN ÜSTÜNLÜYÜ

 

Qabil 1926-cı il təvəllüd idi. Murtuz Ələsgərov isə 1928. Cəmi iki yaş fərqləri vardı. Mən bunu bir mötəbər tədbirin televiziyada– Milli Məclisin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesinə aid məsələnin müzakirəsinə həsr edilmiş iclasın  canlı yayımı zamanı bildim. Qabilin çıxışının başlanğıcı belə oldu:

– Hörmәtli Murtuz müәllim! Mәni buraya dәvәt etdiyinizә görә qәlәm dostlarım

adından sizә tәşәkkür edirәm. Mәn sizdәn iki yaş böyüyәm. Ona görә dә mәnә iki

dәqiqә әlavә vaxt verin...

 

MƏN YEDDİ MƏRTƏBƏ YUXARIDAYAM

Yuxarıda qeyd etdiyim kimi Prezident Heydər Əliyevin atama bağışladığı mənzildə mən yaşayırdım. Atam xəstələnəndən sonra anamla bizə köçdülər. Ömrünün son il yarımını bir yerdə yaşadıq. Bloka girəndə Murtuz müəllimi qoruyan XDMX əməkdaşları çox hörmətlə, nəzakətlə atamla görüşərdilər. Atam da onlarla hal-əhval tutardı. Kefi kök olanda soruşurdu:

–       Murtuz müəllim hansı mərtəbədə yaşayır?

–       11-ci mərtəbədə, Qabil müəllim.

–       Hə? Yox, mən ondan 7 mərtəbə yuxarıdayam.

 

SON

Qabil Murtuz müəllimdən beş il əvvəl rəhmətə getdi. Düz üç dəfə Murtuz müəllim çadıra gəldi. Mənə başsağlığı verdi. Vəzifədən çıxmasına baxmayaraq, MM-in sədri kimi gəzdiyi dövlət maşını (əvvəlki nömrəsi saxlanılmaqla), cangüdənləri öz qüvvəsində saxlanılmışdı. XDMX əməkdaşları da öz postlarında idilər. Fəxr edirəm bu cür Əliyevçiylə və belə bir şəxsiyyətin ailəsiylə indi də qonşu olduğuma görə.

 

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-08-2018
19-08-2018
18-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7497 san