10:12 18 Dekabr 2017
278 dəfə oxunub
Çap versiyası
...

Rusiyada növbəti prezident seçkiləri kampaniyasına bu gündən rəsmi şəkildə start verilib. Federasiya Şurasının bu barədə qərarı "Rossiyskaya qazeta”da nəşr olunub.
 
Bu gündən Rusiyada partiyalar namizədlərini təsdiq etmək üçün qurultaylar, öz təşəbbüsü ilə namizədliklərini irəli sürən şəxslər dəstək qruplarının iclaslarını keçirməyə başlayacaq, müvafiq olaraq 20 və 25 gündən sonra Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün ərizə ilə müraciət edə biləcəklər.
 
Eyni zamanda, bu gündən prezident seçkilərinin təşkili və keçirilməsi üçün federal büdcədən maliyyə vəsaiti daxil olmağa başlayacaq. Rusiyada prezident seçkilərinin təşkili üçün 2018-ci ilin büdcəsində 14,807 milyard rubl vəsait nəzərdə tutulub.
 
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Putin nələri sevmir?
13:51 18.01/2018
 
Xəbər başlıqları
19-01-2018
19.01.2018 Prandelli qovuldu
19.01.2018 Sabahın havası
19.01.2018 Neft ucuzlaşıb
18-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3674 san