11:33 18 Dekabr 2017
313 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” monoqrafiyası çap olunub.

AMEA-dan  bildirilib ki, kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, iyirminci yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Eyni zamanda, türk xalqları arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunub.

Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb.

Monoqrafiyadan türkoloqlar, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.

Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor Elbrus Əzizov, Kamil Bəşirov və Tünzalə Baxşıyevadır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.688 san