11:59 18 Dekabr 2017
723 dəfə oxunub
Çap versiyası
...

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti;

- ailə tərkibi haqqında arayış;

- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

- tərcümeyi-hal;

- 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil.

"İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzürlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-07-2018
17.07.2018 Sabahın havası
17.07.2018 Neft bahalaşıb
17.07.2018 Avroliqada 3 oyun
17.07.2018 Masallıda yanğın
16-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4858 san