14:02 18 Dekabr 2017
831 dəfə oxunub
Çap versiyası
...

GUAM artıq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib. GUAM beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir və etibarlı tərəfdaşa çevrilib. Lakin bəzi problemlərimiz hələ də qalmaqdadır. GUAM regionundakı münaqişələr normal inkişafımıza mane olur.

Bu söz0ləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze GUAM PA-nın Tbilisidə keçirilən sessiyasındakı çıxışı zamanı söyləyib.

Gürcüstan XİN rəhbəri deyib: “Təəssüf ki, GUAM çərçivəsində sülh və təhlükəsizlik məsələlərinə tam nail olunmayıb. Ərazi bütövlüyü məsələsi aktual olaraq qalır. Bu problemlər aradan qaldırılmadan regionun potensialını tam realizə etmək mümkün olmayacaq. Bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyinə böyük ehtiyac var”.

GUAM çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlərin əldə olunduğunu deyən M.Canelidze vurğulayıb ki, ümumi iqtisadi inkişaf, siyasi konsolidasiya, mədəniyyətlər və xalqlar arasında əməkdaşlıq üzrə birgə prioritetlər müəyyənləşdirilib.

Xətayi Əzizov


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5899 san