14:23 18 Dekabr 2017
211 dəfə oxunub
Çap versiyası
...

Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarında quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkə və 100 metr led formalı işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət daxil olub.

DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və saxlanılaraq istintaqa təhvil veriliblər.

 

Araşdırmalarla onların Bakı şəhər sakinləri Qədir Süleymanov və Faiq Yusubov olduqları, oğurluğu birgə törətdikləri müəyyən edilib.

Oğurlanmış ictimai əmlakın müəyyən qismi maddi sübut kimi aşkar edilərək götürülüb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabahın havası
12:25 17.01/2018
 
Xəbər başlıqları
18-01-2018
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4488 san