14:33 18 Dekabr 2017
208 dəfə oxunub
Çap versiyası
...

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti Venesueladakı 2 təbii qaz yatağını idarə edəcək.

Bu barədə “Rosneft” məlumat yayıb. Şirkət Venesueladakı “Patao” və “Mejillones” təbii qaz yataqlarını 30 illik müddətə idarə etməyə haqq qazanıb. “Rosneft” qarşıdakı 15 il ərzində həmin yataqlardan illik 6,5 milyard kubmetr qaz istehsal etməyi planlaşdırır.

Yataqların ümumi ehtiyatının 180 milyard kubmetr olduğu təxmin edilir.

Venesuela Prezidenti Nikolas Maduro və “Rosneft”in idarə heyətinin sədri İqor Seçin arasında Karakasda imzalanan sazişə əsasən, “Rosneft” maye təbii qaz (LNG) da daxil olmaqla həmin yataqlardakı qazın satışını həyata keçirmək hüququna malik olacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft ucuzlaşıb
09:02 17.01/2018
Növbəti hərrac keçirilib
12:16 16.01/2018
 
Xəbər başlıqları
18-01-2018
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6547 san