15:11 18 Dekabr 2017
809 dəfə oxunub
Çap versiyası
...

İnşa ediləcək yeni neft boru kəməri Türkiyədən keçərək digər qonşu ölkələrə uzanacaq və Türkiyə bu nəqldə əhəmiyyətli rol oynayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın neft naziri Jabar al-Luaibi deyib. Nazir qeyd edib ki, yeni neft boru kəməri bütövlükdə Türkiyəni qət edəcək: “Bununla da artıq neftin bahalı və təhlükəli olan tankerlə daşınması dövrü geridə qalacaq”.

Qeyd edək ki, hazırda İraqdan Türkiyəyə uzanan 2 paralel boru kəməri var. Son bir ildə bu boru kəmərlərindən Türkiyəyə 280 milyon barrel xam neft daşınıb. Həmin həcmin 65 faizi Türkiyə üzərindən dünya bazarına göndərilib. Bu boru kəmərlərinin ümumi ötürücülük gücü 553 milyon barrel təşkil edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
08:55 20.06/2018
Neft ucuzlaşıb
09:34 19.06/2018
 
Xəbər başlıqları
20-06-2018
20.06.2018 Yay gəlir...
20.06.2018 Neft bahalaşıb
20.06.2018 Həbs edildi
19-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4797 san