08:47 17 İyun 2014
5316 dəfə oxunub
Çap versiyası

  Yenə qurultay yaxınlaşır. Yazıçıların ən sevimli bayramı. Sovet dövrü lap keyfdəydik. Qurultaydan iki gün qabaq Heydər Əliyev bütün yazıçıları  bir zala yığardı. “Kimin nə  problemi var?”  deyə sual verərdi. Hərənin ağzından bir avaz gəlirdi. Hamısına da diqqətlə qulaq asıb yoluna qoyardı. Ki, qurultayı bazara döndərməsinlər.

Qurultaya bir gün qalmış isə görkəmli yazıçılarımızı qəbul edirdi. Dinləyirdi. Birində mən də iştirak etmişdim. Bəxtiyar dedi ki, bəs mollalar yaman qudurub. Heydər müəllim də cavab verdi ki, maşınla dalıyca gedib gətirirsiniz, məclisin yuxarı başında otuzdurursunuz, qəbir üstünə gedəndə ən yaxşı maşında qabaqda əyləşdirirsiniz, yola salanda da cibinə pul basıb, hələ ehsandan pay da qoyursunuz. Sonra da mənə deyirsiniz ki, mollalar qudurub. Çağırmayın, qudurmasınlar.

Bir görkəmli yazıçımız, deyəsən Mirzə İbrahimov idi. Dedi ki,  xaricdəydim. Bir gözəl mədəni yer gördüm. Elə bildim ki, mağazadır. Dedim girim uşaqlar üçün pay-puş alım. İçəri girəndə nə görsəm yaxşıdır? Demə bura ictimai tualet imiş. Bakıda da bu cür tualetlər tikmək lazımdır.

 Mən də durub Nəsiminin Hələbdəki məzarını ziyarətə gedən vaxt SSRİ-nin Suriyadakı səfiri Keşokovun Heydər Əliyevə 1974-cü ildə göndərdiyi salamı 1976-cı ildə sahibinə çatdırdım. Nə isə. Hər şeydən danışdıq, təkcə ədəbiyyatdan başqa.

Çünki o vaxt yazıçılar ədəbiyyatdan danışmırdılar, ədəbiyyat o qədər güclü idi ki, özü  hər gün  danışırdı. Qurultayda ondan danışmağa ehtiyac qalmırdı.  Yox, elə bilməyin ki,  problem  yox idi. Var idi. Məsələn, biri deyirdi ki,  Moskvadakı qurultaya niyə axı mən nümayəndə kimi yox, həmişə qonaq qismində getməliyəm. Mən də deleqat olmaq istəyirəm, mandat qaldırmaq istəyirəm. Yaxud da ki, kitabım gələn ay çıxır, “Azərbaycan” jurnalı isə 3-4 aydır ləngidir ki, kitab çıxandan sonra bəhanə eləyib çap eləməsin, filan qədər də pul arada batsın.   

Qurultay günü isə Heydər Əliyev gəlib şəxsən otururdu rəyasət heyətində. Ta qurultay qurtaranacan, səsvermə bitənəcən, bəzən gecə saat birin yarısınacan. Çünki, yazıçıları çox sevirdi. İstəmirdi ki, hər hansı bir sözə görə sonra cavab versinlər. O qədər xatirələr var ki. Arada yada salıb danışırıq.

İndi sizdə qurultay yaxınlaşır. Haqq dünyasında qurultay-zad yoxdur. Özümü Axirət dünyası Yazıçılar Birliyinin sədri elan eləyib oturmuşam yerimdə. Sağ olsunlar, dəyib toxunan yoxdur. Niyə də dəysinlər, axı. Hökumət maşınım yox, 4 nömrə hökumət telefonum yox,  deputat seçmirlər, fəxri ad üçün təqdimat yazmıram, ev növbəsinə götürmürəm, mükafat siyahısına  ad salmıram, gənc yazıçılar da yoxdur ki, savaşım.  Çünki hamımız yaşlıyıq.  Büdcədən də pul ayırmırlar ki, qəzet-jurnallara bölüşdürüm.  Sadəcə quru adım var.

 Elə bilməyin ki, burdayıq deyə sizinlə maraqlanmırıq. Qurultay qabağı biz də yığışdıq. Müzakirə etdik ki, kim sədr olsun? Vurduq, çıxdıq yenə də Anar uyğun gəldi. Yox, Rəsulla, Nigar cınqırların da çıxartmadılar. Sadəcə məmnun oturub tamaşa edirdilər. Səsə qoyduq. Hamı Anarın namizədliyini dəstəklədi. Bircə nəfərdən başqa. Heç atası Süleyman Rəhimova da qulaq asmadı.  Yəqin başa düşdünüz də... Şamo Arifi deyirəm.

Mahir, oğlum, bizim bu qərarımızı yazıçılarımıza da çatdır. Çox dağa-daşa düşməsinlər, elə Anar deyib dursunlar. Yazıçıların birliyi xatirinə. Seçiləcək birinci katib də qoy varis olsun. Yəni ki, gələcək sədr. Fikrət Qoca yəqin ki, inciməz məndən.

Mahir, sən özün də Anara səs ver. İncikliyi qoy kənara. Nə olsun ki, Yazıçılar Birliyinin üzvü deyilsən. Axı, mənim varisimsən. Mandat qaldırma, əlini qaldır.  Özün də bilirsən ki, ilk gündən Anara həmişə arxa olmuşam,  dəstəkləmişəm.

Bu qədər. Hamınıza uğurlar. Birliyimizin də yubileyi mübarək.Növbəti qurultayda görüşənədək.

Hörmətlə:  Axirət dünyası Azərbaycan Yazıçılar İttifaqının adından - QABİL

15 iyun 2014-cü il

 

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6976 san