09:37 22 Dekabr 2017
5482 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Alınma söz ağ fonda görünən bəzəklərdir. Bu bəzəklər zövqdən asılıdır; bu, kiminsə xoşuna gələ bilər, kim isə  bu dil bəzəklərini bəyənməz.

Təhsil və tərbiyə ilə bağlı sözlərimizin əksəriyyəti alınma sözdür: məktəb, müəllim, elm, kitab, dəftər, qələm, mədrəsə, dərs, şagird, tələbə, sinif, ağıl, kamal, dərrakə, təxəyyül, alim, təfəkkür, zehin, düşüncə… Burada dayanıram,  “stop” deməsəm də…

“Düşüncə” öz sözümüzdür. (Deməli, biz öz sözlərimizlə düşünməyə istünlük veririk). Bu sözün kökü feldir. Sadə fellərin hamısı, eləcə də kökü fel olan sözlərin hamısı öz sözlərimizdir, türk mənşəlidir. Buna heç kəsin şübhəsi yoxdur.

Müasir türk dillərində təhsil və tərbiyə ilə ilgili sadaladığımız alınma sözlərin çoxu ərəb mənşəlidir. Bu ilk növbədə ərəblərin bu yerlərə gəlişi, yerli əhali ilə qaynayıb qarışması ilə bağlıdır, ilgilidir. Ərəblər bu torpaqlara  din də gətirdilər, dil də. Bu torpaqların övladları islam dinini də, ərəb dilini də qəbul etdilər.

Türkdilli düşüncə tərzi xalqın yaddaşında qalsa da, xalq ərəbdilli təhsilə, ərəb əlifbalı yazıya üstünlük verdi: məktəb zamanı gəldi, müəllim dərs verdi, siniflər doldu, boşaldı…Baxın, isimlər alınma, işlər öz düşüncəmizlə, hərəkətlərimizlə ilgili sözlər. Xalq hələ gündəlik həyatında, məişətdə ata-babalarının dili ilə danışır. (Vahid dünya dili hələ ki xəyali anlayışdır, yatıb yuxuda cin, şeytan görməkdir).

Ərəblərin bu yerlərə axını zamanı orada qurub yaratdıqları məktəblərdə hakim dil din dilidir, ərəb dilidir. Adlarımız müasirləşir: ərəbləşir, ərəbcə danışmaq üstünlük sayılır, ərəb dili hər tərəfə yayılır.

Yaxşı ki   ticarət məqsədilə ərəbdilli ölkələrə gedib, buralarda dil öyrənib, ərəb dilində şeir yazan azərbaycanlılar "Azərbaycan" sözünü unutmurlar. Heç olmasa, “əl-azərbaycani” təxəllüsü yadlarına düşür.

Ərəb dili Azərbaycan dilini zənginləşdirir,onun ifadə tərzinə əlvanlıq gətirir, ortaya, yeni çalarlar çıxır. Ərəb dili böyük bir dünyanı azərbaycanlılara tanıdır. Babalarımız təbiətə nə deyiblər bilmirəm, amma təbiətimiz dəyişib, iqlimdən iqlimə, ölkədən ölkəyə yollar uzanıb, yurd-yuvamız vətən olub, cənnət olub, ünsiyyətimiz artıb, dil əlaqələrimiz genişlənib.

Başqa dildən söz alınması prosesi dünyada qəbul olunmuş qaydadır.Heç kim buna etiraz etmir. Sözü dilə əmrlə gətirmirlər. Tarixin müəyyən mərhələsində alınma söz dilə sel kimi axıb gəlir.Bunun qarşısını almaq çox çətindir, bəlkə də mümkün deyil.

“Sammit” sözü Azərbaycan dilinə bir gündə daxil oldu.Çoxları bu sözün mənasını müqayisə yolu ilə anladılar, başa düşdülər. Məsələ burasındadır ki, o vaxtlar lüğətlərin çoxunda bu söz yox idi.

Mənim hər gün müraciət etdiyim kitablardan birində-1964-cü ildə Moskvanın  “ Советская энсиклопедия " nəşriyyatının nəşr etdiyi “Словaрь иностранных  слов " ( Xarici sözlər   lüğəti)   kitabında da bu söz yoxdur.

Başqa bir söz- “mentalitet” sözü də bu yolu keçib. Bu söz lüğətlərimizə son illərdə daxil olub. Amma nə vaxt vətəndaşlıq hüququ qazanacaq söyləmək çətindir.

Mənə belə gəlir ki, soyuducu , dabankeş , saxlanc , nəfəslik  kimi  sözləri də…hələ bizə yaddır.

Bu sözlərin əvəzində çoxları hələ də onların rus dilindən keçmə variantına - alınma variantına üstünlük verir.

Dünyada bu və ya digər dilin yalnız öz sözlərindən ibarət  saf lüğət tərkibi yoxdur. Belə bir fakt maraqlıdır ki, müasir rus dilində “a” ilə başlayan 5-10 söz var:ахнут(ah məkmək), авось(bəlkə)

Əlbəttə,bu heç də rus dilinin kasıblığı kimi qiymətləndirilmir.

Keçən il  qəzetlərdə dahi Azərbaycan şairi  Nizamiyə aid olan bir şeir divanının çapa hazırlandığı haqqında maraqlı bir məlumat verilmışdi.

Bu divanın Nizamiyə aid olması öz təsdiqini taparsa,  alınma sözlərin inkişaf mərhələlərini öyrənmək,  ədəbi dilin formalaşmasınin inkişaf tarixini daha dərindən təhlili etmək,incələmək  mümkün olacaqdır. 

Azərbaycan yazılı ədəbi dilinin ilk nümunəsi XIII əsr şairi Həsənoğluya istinad edilən üç qəzəldir. Qəzəllərin dili və yazı manerası, dil xüsusiyyətləri göstərir ki, bu dil bir gün, bir ay ərzində formalaşan dil deyil. Bu dil əsrlərin sınağından çıxmış dildir, kökü birinci minillikdən də uzağa gedən dildir. Hələlik tapılan ilk xəlqi şairimiz Nəsənoğludur. Kim bilir sabah daha kimlər və kimlərin yaratdığı əsərlər  üzə çıxacaqdır?

Yenə də XIII əsrə aid edilən “Dastani-Əhməd Hərami” adlı məsnəviyə-poemaya diqqət yetirək. Bu, üz,sifət quruluşuna görə də, ağlına və kamalına görə də çoxlarından üstün olan, yüksək ünsiyyət mədəniyyətli haram mal yeyən bir adamın dastanıdır, amma tərifi deyil.

Əsərin baş qəhrəmanı Kırrımlı  Əhməd –  öz sözünün yerini bilən adamdır.

Əhməd  özü haqqında ilk baxışdan yaxşı təəssürat yaratmağı bacarır. Əsərin oxucuları Əhmədin yağmaçı olduğunu, özü kimi haram mal yeməyi şərəf bilən doqquz yoldaşı ilə var-dövlət dalınca Kırımdan Bağdada yol almasını məhz dilin köməyi ilə başa düşür, anlayır.

Bu dil də kökləri bəşər tarixinin dərinliklərinə gedib çatan dildir, inkişafdan qalıb, yatan dil deyil. Bu əsərdəki sözləri çözüb arasaq, nə qədər maraqlı faktlarla qarşılaşarıq.

Biz hələ orta məktəbə tezlik lüğətləri anlayışını gətirə bilməmişilk. Özümüzdən razı halda lüğətlərdə sözlərin əlifba sırası ilə verildiyini yazırıq, oyrənirik və öyrədirik.

Əslində dünya lüğətçilik sistemində tezlik lüğətləri adlı lüğətlər var. Tezlik lüğətləri dildə sözlərin işlənmə tezliliyi əsasında tərtib olunur. Məsələn, belə bir fakir var ki, ingilis fermeri 50 sözün köməyi ilə tabeliyində olan işçiyə lazım olan fikri başa sala bilir.

Görəsən,dilimizin lüğət tərkibinə daxil olan, hələ o qədər də milliləşməyən sözün mənasını bilsək, biz ərəbcə danışa bilərikmi?

Bu gün orta məktəb dərsliklərində klassik ədəbiyyatın təddimi və onun tədrisində müasir pedaqoji normalar, kurikulum proqramının tələbləri əsas istinad mənbələri olmalıdır.

Bəzən elə mövzularla rastlaşırıq ki, şagirdin dünyagörüşünə uyğun gəlmir, sözlərin terminoloji funksiyaları çətin başa düşülür. Orta məktəb şagirdləri üçün ədəbiyyatşünaslıq lüğətinin hazırlamasına böyük ehtiyac duyulur. Hər mövzunun sonunda çətin başa düşülən 10-15 sözün lüğəvi mənası xüsusi tapşırıqlar vasitəsilə izah olunmalıdır.

Məhəmməd Süleyman oğlu Füzuli dünya ədəbiyyatının yüksək əqli və poetik düşüncəli söz ustalarındandır. Buna söz yox.Orta məktəbdə Füzuli xüsusi lüğət və müqayisəli qrammatik vərdişlər olmadan çətin başa düşülür. Əlbəttə, “Məni candan usandırdı, …” kimi qəzəllərdən başqa. Bu qəzəl klassik (seçilmiş, bəyənilmiş) şeir nümunəsidir:

Məni candan usandırdı,cəfadən yar usanmazmı?
Fələklər yandı ahimdən,muradım şəmi yanmazmı?


Qamu bimarına canan dəvayi-dərd edər ehsan
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?


Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa dilbər, bilmən, inanarmı, inanmazmı?

Bu şeir indi proqramda yoxdur.

Hal-hazırda orta məktəblərdə istifadə olunan ədəbiyyat proqramının 10 müəllifindən biri də mənəm. Deməli, proqram materiallarının tərtibinin və hazırlanmasının yararlı olub-olmamasına cavabdeh olanlardan biri də mənəm. Proqram 10 il bundan əvvəl-Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 nömrəli əmri ilə təsdiq olunsa da, sonralar bu sənəddə bir sıra dəyişikliklər də edilmişdir. Proqramda  Məhəmməd Füzuliyə 10 saat vaxt ayrılmışdı.

Dərslikdəki elmi oçerkindən başqa, müntəxəbatda 30 səhifəlik material Füzulini öyrənməyə yönəldilmişdir.Təkcə müntəxəbatda ətək yazısında 130-dan artıq alınma sözün lüğəvi mənasını öyrənmək tələb olunurdu. Bu sözlərin bir neçəsinin izafət (alınma söz birləşməsi-məsələn: müstəməndi-məhzun- N.N.) olduğunu nəzərə alsaq, sözlərin sayı daha da çoxalır. Onu da deyim ki, bu sözlərin çoxu ərəb mənşəlidir. Bu gün orta məktəb şagirdləri üçün klassik ədəbiyyatda işlənən çətin sözlərin lüğətini hazırlamaq çox gərəkli görünür.

Füzulinin tədrisindən danışanda həmişə yadıma Nəcəf bəy Vəzirovun(1854-1926)  Moskvadan Bakıya “Əkinçi” qəzetinin redaktoru,

Bakı Real Məktəbində onun müəllimi olmuş Həsən Məlikzadə Zərdabiyə ünvanladığı məktub düşür.

Tələbə Nəcəf  Moskvadan müəliminə yazırdı:

“Bizim məktəbxanada oxunan “Leyli-Məcnun”, Hafiz və qeyrə uşaq kitabı deyil. Onları ki böyük oxuyanda şura gəlir, uşaq başına nə kül töksün, onları oxuyub eşqbaz, cürəkeş (bir udumda içiləcək şey, bir qurtum içki-N.N.) olmasın… Məcnun elədiyi qələti oxudunca, elmi-coğrafiya oxusaq, həm yazıb oxumağı öyrənirik, həmi dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq”

(“Əkinçi” qəzeti, 06.11.1876, N 21).

Əlbəttə, Nəcəf bəy Vəzirov ona - rus dilli məktəbdə rus dilində dərs deyən müəlliminə Azərbaycan dilində yazdığı məktubunda mövzuların ideya-bədii məzmunu ilə yanaşı, mətnin lüğət tərkibinin çətinliyini vurğulayırdı: sözü deyirdi, başa düşən oxucu, dinləyici ezop manerasını, sözün sətiraltı mənasını başa düşməli idi.

 Azərbaycan milli ədəbi dilimizi formalaşdıran XIX əsr Azərbaycan ziyalıları alınma sözlərdən mətləbi birbaşa deyə bilmədikləri məqamlarda da işlədirdilər. Bu cəhətdən Səid Ünsizadənin (1825-1905) Tiflisdə Azərbaycan dilində nəşr etdiyi “Ziya” qəzetinin 26 iyul 1879-cu il tarixli 27-ci nömrəsində rusdilli qəzetlərin birindən – “Moskovskie vedomost” qəzetindən tərcümə etdiyi bir yazı diqqəti cəlb edir. Səid Ünsizadə tərcümədə “sosialist ” sözünü özünəməxsus tərzdə,məqsədəyönlü şəkildə  izah edir və ətək yazısında onun iki yerə bölündüyündən söz açır:

“Sosialist” latın lüğətidir. Bu halda Evropada socialist o şəxasə deyirlər ki, sozializm məzhəbindədir və bu məzhəb də iki şüqqə münşəsdir ki, birinə qommunizm və o birinə sosiyalizm deyürlər”. Müəllif daha sonra izahatını daha da artırır.

Tədqiqat zamanı məlum oldu ki, “Moskovskie vedomosti” qəzetindəki materialda “sosialist” sözu  РЕВОЛЮЦИОНЕР ( inqilabçı-N.N.)sözünün tərcüməsi kimi verilib. İzahat da Səid Ünsizadənindir.

Bizə elə gəlir ki, “sosialist”, “sosializm”, “kommunizm” sözlərini ilk dəfə Azərbaycan  ədəbi dilinə  gətirən Səid Ünsizadədir.

“Ziya” və onun davamı olan “Ziyayi-Qafqasiyyə” qəzetlərində belə “təsadüflər”in sayı çoxdur.

Yeri gəlmişkən qeyd edək ki, ədəbi dilimizə son iki əsrdə peyda olan alınma sözlərin əksəriyyəti dilimizə rus dili və ya rus dili vasitəsilə Avropa dillərindən keçən və ya keçirilən sözlərdir. Bu da bir siyasət idi. Ölkəyə qul olmaq siyasəti və ya ölkədə dil siyasəti.

XIX əsrin görkəmli şairi və pedaqoqu S.Ə.Şirvani (1835-1888) çar Rusiyasının yerlərdəki dil siyasətini başa düşürdü, xarici dilin öyrənilməsini günün vacib məsələlərindən biri kimi qiymətləndirir, gözlənilən çətinliklərdən çəkinə-çəkinə oğlu Mir Cəfərə nəsihət təriqilə yazırdı:

Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.

S.Ə.Şirvani çöx dil öyrənməyin vacibliyin başqa əsərlərində də dönə-dönə vurğulamış, poliqlotluğu ilə şagirdlərinə nümunə göstərmişdir.

Şair ata-baba dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl, şeir yazmaq dərəcəsində bilirdi, şagirdlərinə də çox dil bilməyin vacibliyini təlqin edir, onları dediyi sözün kəramətinə inandırırdı.

S.Ə.Şirvani əqidə və məslək dostu Səid Əfəndi Ünsizadənin 1884-cü ilin əvvəllərində Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvlüyündən azad olunaraq, öz doğma diyarına-Şamaxı Quberniya Məclisinin sədri vəzifəsinə təyin olunması münasibətilə 117 beytlik (234 misralıq) bir mədhiyyə yazır .

S.Ə.Şirvani tədqiqatlardan kənarda qalan bu şeirində Səid Ünsizadənin maarifçilik sahəsindəki xidmətlərini poetik ustalıqla sadalayır, onun dilçilik görüşlərini öyrənmək baxımından dəyərli olan 14 beytlik qitəsini vasitəsiz nitq şəklində qəsidəsinə yerləşdirir. Aydınlıq üçün qitə hesab etdiyimiz həmin şeirin bir neçə beytini nümunə göstəririk:

Biri vacib bizə bilmək vətəndə söylənən dildir,
Gərəkdir mətləbi biz eyləyək türkiylə ünvanı.

Biri həm rusidir ki bilməyi çoxlarə lazımdır,
Ticarətçün bilək,həm dərk edək zakuni-divani.

Zəbani -rusi bilmək, ya danışmaq qeyri-dillərdə
Şəriətdə bizə nəhy olmayıb, yox rəddi-bürhani.

Bu misraların dili mollaxana təhsili görmüş şagird üçün problemsiz, asan anlaşılan dildir.

M.Ə.Tahirzadə (sonralar Sabir, Hophop, Ağlar-Güləyən…) S.Ə.Şirvaninin dərs dediyi Şamaxı Məclis Məktəbinə mollaxanadan gəlmişdi. O, burada peşəkar tərcüməçi kimi klassik əsərlərdən etdiyi tərcümələrlə  kamil sözü başa düşənlərin hamısının  hörmətini qazanmış,diqqətini cəlb etmişdi.

S.Ə.Şirvanini qəsidəsində və S.Ünsizadənin bu qəsidəyə daxil edilmiş qitəsində tükdilli  ədəbi dilimizin lüğət tərkibinin zənginliyi oxucunu valeh edir. Bu şeirlərin dilində rus mənşəli cəmi 11 söz var ki, onun da biri beş yerdə təkrarlanır.

S.Ə.Şivaninin “Hacı Səid Ünsizadəyə” adı ilə tanınan şeirində ərəb mənşəli sözlər daha çoxdur. Bunların çoxu islam mədəniyyəti, maarif və mədəniyyət məsələləri ilə ilgilidir. Azərbaycan mənşəli sözlər əsasən,saylar, əvəzliklər və hərəkət bildirən sözlərdir, fellərdir.

Şeirdəki alınma toponimlərin və tarixi şəxslərin, demək olar ki, hamısı müsəlman əhlinin anladığı və başa düşdüyü sözlərdir: Zeyd, Əmr, Musa, İmran, Yusif, Züleyxa, “Bustan”, “Gülüstan”, Loğman, Mustafa, Taha, Səid, İsa, İskəndər və s.

Müasir dövrdə şagirdlərin lüğət ehtiyatlarını alınma sözlər vasitəsilə zənginləşdirmək günün əsas tələblərindən biridir. Bu məqsədlə mövzulararası və fənlərarası inteqrasiyadan səmərəli və məqsədyönlü şəkildə istifadə etmək lazımdır. Orta məktəblərin yuxarı siniflərində qəzet leksikasının öyrənilməsinə xüsusi diqqət verilməlidir. Bu məsələni həll etmək heç də çətin deyil. İndi  Azərvaycanda və digər türkdilli ölkələrdə poliqrafiya işlərinin geniş vüsət aldığı bir vaxtda müəllimlər həm ədəbi-bədii, həm də elmi-kütləvi jurnallarından səmərəli istifadə edə bilərlər.

Müasir məktəblərimizin  hamısında  şagidlərin çoxu ingilis dilində sərbəst danışdıqları üçün bəzi ədəbi materialların sinxron tərcüməsini səsləndirmək səmərəli nəticə verir.

Mən Bakıdakı Avropa Azərbaycan Məktəbində  Azərbaycan dili və ədəbiyyatı kafedrasınınmüdiri və müəllimi vəzifsində  işlədiyim illərdə IX sinif şagidlərinə   xalq şairi Azərbaycanın   Rəsul Rzanın (1910-1981)  “Mən torpağam” seirini keçəndə, şagirdlər   bu əsəri  misralarının ahəngini və ritmini  saxlamaqla    ingilis və alman dillərinə   sinxron tərcümə edilməsinə  cəhd göstərdilər.Dərsi dinləyən ingilis dili müəllimləri tərcümələri bəyəndilər və  sonralar ingilis dili dərslərində də  bu fəaliyyət davam etdirildi.

Dərs vaxtı sinonim və antonimlərin düzgün seçimi həmişə belə fənlərarası inteqrativ dərslərin səviyyəsini yüksəldir, şagirdlərdə poetik düşüncə tərzinin formalaşmasına, ədəbi dilimizə keçən alınma sözlərin yaddaşda möhkəmlənməsinə şərait yaradır.

Azərbaycan dramaturqlarının bəzi əsərlərinin ingilis dilində səhnələşdirilməsi qarşılıqlı dil mühitinin formalaşmasına geniş imkanlar açır, lüğəvi və sintaktik vahidlərdən müqayisəli şəkildə öyrənilməsinə şərait yaradır. Yubiley tədbirlərinin keçirilməsində belə tədbirlərin təşkili məktəbdə bilinqivizm mühitinin formalaşmasını sürətləndirir.

Azərbaycan dili və ədəbiyyatı müəlliminin hər dərsinin alınma sözlərin izahına aid lüğəti olmalıdır. Bundan ən çox tərcümeyi-hal dərslərində istifadə etmək məsləhətdir. V-VII siniflərdə bu iş ən çox ərəb və fars mənşəli sözlər üzərində aparilmalıdır.

VIII sinifdə “Məhəmməd Füzulinin həyatı” mövzusunu keçərkən portret oçerkdə istifadə olunan bir sıra milliləşən alınmalar da mütləq izah olunmalıdır.

Oçerkdəki mükəmməl, mədrəsə, tibb, nəsr, nəzm, kamil, sənətkar, hökmdar, həyati, fikir, xoşbəxtlik, rüşvətxor kimi sözləri  həm quruluşuna görə, həm də    leksik mənasını görə incələmək gərəkli görünür.  Sözün kök və şəkilçiyə, flektiv əlamətinə görə izah edilməsi də  keçilən mövzunun əhəmiyyətini artırır, şagirdlərin həm elmi, həm də linqvistik düşünmə qabiliyyətini artırır.

XI sinifdə S.Vurğunun (1906-1956) tərcümeyi-halını keçərkən portret oçerkdəki rus və rus dili vasitəsilə dilimizə daxil olan sözün lüğəvi mənasını izah etməklə mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsinə nail olmaq mümkündür. Görk üçün bu tipli sözlər ekranda işıqlandırılır. İzahat verdikcə, sözün lüğəvi mənasının şagirdlər tərəfindən tapılmasına bələdçilik edilir,  şagirdlərə ekrandakı  yazılar göstərilir: dramaturq, komsomol, poema, rayon, seminariya, fonar, dram, film, plan.

Alınma sözlərin lüğəvi mənasının belə təqdimat ilə öyrənilməsi tədris ili ərzihdə  500-600 sözün düzgün və hərtərəfli öyrənilməsinə, şagirdlərin  milli düşüncə tərzinin düzgün formalaşmasına, onların lüğət ehtiyatlarının zənginləşməsinə yaxşı imkan və şərait yaradır.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.961 san