10:38 18 İyun 2014
6146 dəfə oxunub
Çap versiyası

Avtomobil. Bir qohumumuzun diliylə desək, bu nə kartoşkadır, nə də soğan. Ki, alasan xarab çıxa, atasan zibilliyə,  gedib yenə də alasan. Ona görə də Azərbaycanda maşın almaq istəyən hər bir şəxs pul düzəldən kimi, özünü yüz verə vurur, soruşur, öyrənir, saytları ələk-fələk edir. Nəhayət qərar verir. Mən də onlardan biri. Yollarımızı və rahatlığı nəzərə alaraq mən hündür maşına üstünlük verirəm. Rəsmi desək klirensi hündür olan, loru dildə söyləsək CİP maşınlara.  Atamdan miras qalan maşınım isə “Nissan-X-Trail” idi. “Nurgün-Motors”dan almışdıq. Üç il sürmüşdüm. Bir dəfə də ruhum inciməmişdi. Söhbət servis xidmətindən gedir. Bu baxımdan “Nurgün-Motors” yekdir.  Amma nədənsə bu dəfə  “Mitsubishi Pajero” almağa qərar verdim. Bu markanı tərifləməyə, texniki göstəricilərini bir daha sadalamağa ehtiyac yoxdur. Nissan da yaponundur, Mitsubişi də.  Yapon maşını PAJERO dünyada ad çıxarıb. Yazımda söhbət  bu maşınların  Azərbaycandakı rəsmi dilerindən gedəcək – “DİAMOND-MOTORS”dan.

Başladım şəhəri gəzməyə. Əldə, yəni Dubaydan fiziki şəxslərin gətirdiyi bu maşınların qiymətini öyrəndim. 2008-ci il idi.  Sonra isə getdim Papanin mostunun yanındakı satış mərkəzinə. Burda qiymət nə az, nə çox 5000 dollar yüksək idi. “Niyə?” – deyə soruşdum.

-         Bilirsinizmi, biz avtomobillərə beş il, yaxud da 100 min kilometr zəmanət veririk, küçədə isə bir il zəmanət verirlər.

-         Elə bu?

-         Xeyr. Bizim həm də yüksək ixtisaslı ustalarımız, servisimiz var.

-         Sonra?

-         Ehtiyat hissələri  saxta deyil, birbaşa Yaponiyadan gətirilir.

-         Axı, Dubay variantı deyilənlər sizinkindən ucuzdur. Üstəlik motorunun gücü də artıq olur.

-         Xeyr, siz nə danışırsınız. O maşınlar Dubayın istisinə hesablanıb. Bəs Azərbaycanın qışında neyləyəcəksiniz? İndi ağıllı, mədəni adamsınız. Özünüz müqayisə edin də...

Nə isə bütün bunlara inanıb, maşını salondan aldım. 2008-ci il martın 18-də. Yalnız beş il sonra - satanda baş düşdüm ki, mənə 2008-ci ilin martında 2007-ci il istehsalı olan maşın veriblər. Loru dildə piştaxtada yatıb qalan, köhnələn, iylənən. Amma küçədə “ qaqa, 2008-ci il modelidir” deyəndə başa düşməmişəm ki, bu nə demək imiş.  Rəsmi dilerin satıcıları bu avamlığımdan ustalıqla istifadə etmişdilər. 

 Beş il sürdüm. İnsafən bircə dəfə də xarab olmadı. Zəmanət hüququndan istifadə də etmədim. Ancaq yağını dəyişdim. Bir də texniki baxışdan keçirdim. O da əlbəttə ki, qıraqdakından baha qiymətə. Üstə də gəl 18 faiz ƏDV.

Üstündən beş il də keçdi. Maşını yenə də dəyişmək qərarına gəldim. Bu dəfə ağılla tərpənəcəyimi, uduzmayacağıma söz verdim. Adi maşın salonlarından soraqlaşdım. 3,5 mühərrik gücü, hər cür, yüksək səviyyədə  təchiz olunmuş maşını mənə 40 min dollara dedilər. Hətta qeydiyyatın, nömrə pulunu da boyunlarına götürdülər. Bu da hardasa 500 manat edir.

Fərqi öyrənmək üçün yenə üz tutdum Mitsubishinin Bakı-Sumqayıt şossesindəki rəsmi satış mərkəzinə. Burada 3,0 mühərrik güclü, ful salon avtomobil 32 900 manata idi. Yəni ki, 41 800 dollar.3,8 motor isə 36 900 manata, yəni ki, 47000 dollara.  Üstə də gəl nömrə-zad xərcləri. Yenə də həmin sualları verdim, eyni cavabları da aldım. Öz-özümə fikirləşdim. Nə olsun birinci maşında heç bir problem çıxmadı, birdən indi çıxar. Axı köhnə müsəlmanam. Televizoru almamışdan, aparıb evə çıxarmamışdan, qutusundan çıxarıb cərəyana qoşmamışdan sualımız hazırdır: birdən xarab olsa ustası, zapçastı var? Nə isə. Aldım. Təhvil-təslimdə:

-         Bəs bunun “oqnetuşitel”i hanı. 2008-ci ildə  alanda var idi axı?

-         İndi gəlmir.

-         Bəs apteçkası?

-         O da gəlmir.

-         Maşın xarab olub yolda qalanda üçbucaq nişanı? Arxasına qoyursan e...

-         O da gəlmir.

-         Təkərlərin təzyiqini ölcən?

-         O da yoxdur.

Dinmədim. Gedib maşın bazarından alıb qoydum yerinə. Özlüyümdə fikirləşdim ki,  yəni  yaponlar yəni bu qədər cındırlaşıblar ki, adi aksessuarları da ixtisara salıblar? Sürdüm uğultu hiss elədim. Üç gündən sonra məcbur olub qayıtdım geri. Sürdülər, yoxladılar. Dedilər ki, hər şey qaydasındadır. Nə mostunda, nə də korobkasında heç nə yoxdur. Bəs onda uğultu nə uğultudur? Bilmədilər. Təsadüfən servisdə bir köhnə tanışımla rastlaşdım. Yaxşı ki rastlaşdım da. Dedi ki, Mahir zavoddan maşın təkərlərinin yeli artıq gəlir. Yəqin ondandır. O dediyi kimi də oldu. Demə maşını satanda təkərlərin yelinə baxmayıblar.

Sizi çox intizarda qoymayım. Ona görə də birinci sualıma cavab verim. Ay alıcılar, Mitsubişi Pajero yapon maşınıdır. Yaponlar da onu adlarına layiq buraxırlar. İstər Dubaya göndərsinlər, istərsə də Azərbaycana. Ona görə rəsmi diler “Diamond Motors”un şirin dilinə, bu yapon keyfiyyətindən sui-istifadə etməsinə  aldanmayın. Salonlarına üz tutmayın. Pulunuzu artıq yerə ona verməyin.  

Bakının istənilən satış mərkəzindən alın. Lap gedib Dubaydan özünüz gətirin. Həm ziyarət olsun, həm də ticarət. Həm 5000-6000 qabaq düşün, həm içərisində yüksək səviyyəli komplektasiyası olsun. Əlinizdə qalan pulu isə sürdüyünüz illər ərzində yağına, suyuna, texniki baxışına xərcləyin. Yarısı da qalsın cibinizdə. Bax, məndən deməkdir. Sonra deməyin ki, Mahir demədi a...

İndi deyəcəksiniz ki, o boyda nümayəndəlikdə bir yaxşı şey yoxdur ki? Var. İşçiləri mədənidir, ustaları da yaxşı. İldə də üç-dörd dəfə bir qız zəng edir ki,”xidmətimizdən razısınızmı, ya yox?” Mən də hər dəfə  “18 faiz vergini ümumi xidmət qiymətinin üstünə niyə gəlisiniz?” sualını verirəm. O da hər dəfə deyir ki, öyrənib deyərəm. Altı ildir ki, cavab axtarır, hələ ki, tapmır.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5344 san