08:30 04 Yanvar 2018
1147 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

“Pfleqe” (qulluq, baxma) sözü - Almaniyanın rusdilli sakinlərinin leksikonunda möhkəm kök salmış alman terminlərindən biridir. Onlar qocalıqda və ya zəifliklə əlaqədar qulluq göstərilməsinə ehtiyac yaranacağı hal üçün icbari sığorta sistemini belə adlandırırlar. Bu cür xidmətlər göstərən firma da pfleqe adlanır.

Bu sığorta fonduna aylıq ayırmaların həcmi məvacibin iki faizindən bir qədər çoxdur. Lakin Almaniyada işləyən əhalinin sayının 43 milyondan çox olmasını nəzərə alsaq, bu sistemdə dövr edən məbləğ çox böyükdür. Pul çox olan yerdə isə cəmiyyətin hesabına varlanmağı arzu edənlər də çox olur. Cinayət işləri üzrə Federal İdarənin (BKA) məlumatına görə, onların arasında keçmiş SSRİ-dən, xüsusilə Ermənistandan gəlmələr çoxdur.

Hazırda Almaniyada qocalara qulluq üzrə 14 mindən çox, təkcə Berlində - təxminən 600 firma mövcuddur. Almaniyada rusdilli miqrantların sayı get-gedə çoxalır. Təbii ki, bu insanlar da qocalır və deməli, qulluğa ehtiyac duyurlar. Ekspertlər bu sahədə fırıldağa meylin artmasını keçmiş sovet vətəndaşlarının sosiallaşmasının spesifik xüsusiyyətləri ilə izah edirlər. Çünki konkret insanın pulunu oğurlamaqdansa, ictimai “sahibsiz” kassadakı sərvətin “artıq” hissəsini götürmək daha asandır.

Almaniyada öz pfleqesini açmaq üçün böyük ağıl və xüsusi təhsil lazım deyil. Qanunda göstərilmiş işçilər tapmaq daha mürəkkəb məsələdir. Qulluq göstərmək üzrə yarım illik köməkçi kursları bitirmiş insanları hələ tapmaq olar.

Amma ən vacibi - müştərilər lazımdır. Düzdür, Almaniya əhalisi qocalır, amma onlara qulluq etmək, daha doğrusu, onların hesabına pul qazanmaq istəyənlərin hamısı üçün zəif qocalar tapmaq çətinləşir. Buna görə firmalar bəzən bayağı üsullarla belə qocaları tovlayıb bir-birinin əlindən alırlar. Qoca nənə (və ya onun qəyyumu) ona qulluq göstərilməsinə dair müqaviləni imzalayır və bunun cavabında firmadan “kompliment” alır.

Bir neçə ay ərzində araşdırma aparmış BKA müəyyən edib ki, Ermənistandan gəlmələr və çoxsaylı pensiyaçılar qulluq göstərilməsinə ehtiyac olması barədə saxta müqavilə bağlayaraq pfleqedən pul alır, lakin onun xidmətlərindən istifadə etmirlər. Firma saxta protokollar üzrə ödəniş almaq üçün onları sığorta kassasına təqdim edirdi.

“Berliner Zeitung” qəzetində belə hadisələrdən biri haqqında dərc edilmiş məqalədə göstərilir ki, Berlindəki “Herz & Seele GmbH” firması Ermənistandan gəlmiş bir ahıl insana qulluq göstərilməsi üçün sığorta kassasından hər ay 900 avrodan 1400 avroya qədər pul alırdı. Nəzarətçilər həmin qocanın evinə gələndə hava isti olmasına baxmayaraq, əlil arabasında laqeyd halda oturmuş, başına isti papaq qoymuş qoca əlindəki fincanı yerə salıb sındırır. O, çətinliklə və yalnız rusca danışırdı, hərçənd bu adam əvvəllər Almaniya xəstəxanalarında həkim işləyib.

Simulyant qocanın fırıldağı yalnız onun yerli seçkilərdə öz namizədliyini irəli sürmək qərarından sonra ifşa edilib. Namizəd tribunada əminliklə dayanır və almanca əla danışırdı.

Zərərin ümumi həcmi 6,8 milyon avro olub. Firma bağlanıb. Yeri gəlmişkən, paytaxt senatının məlumatına görə, Ermənistandan gəlmələr arasında “qulluğa ehtiyac duyulması” Berlinin bütün başqa sakinləri ilə müqayisədə yeddi dəfə tez-tez qeydə alınır.

Bir sözlə, türklər Almaniya xəzinəsinin xeyrinə dayanmadan işlədiyi halda, ermənilər alman vergi ödəyicisini “sağır”, bundestaq isə həmin ermənilərə uydurma “soyqırımı”nın tanınması haqqında qətnaməni hədiyyə edir.


Müəllifin digər yazıları

  1. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  2. Səmimi, amma nəticəsiz olmuş görüş
  3. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  4. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  5. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  6. Deyəsən Avropa dağılır
  7. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  8. Almaniyada erməni fırıldaqları
  9. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  10. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  11. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  12. AFR Prezidenti Moskvaya səfər edəcək
  13. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  14. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  15. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  16. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  17. Dünya güclü kiberhücuma məruz qalıb
  18. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  19. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  20. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  21. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  22. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  23. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  24. Almaniyada prezidenti necə seçirlər?
  25. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  26. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  27. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  28. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  29. Potensial terrorçular güclü müşahidə altındadırlar
  30. Berlindəki hadisə terror aktıdırmı?
  31. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  32. Drezden sarayında ən məxfi illik forum keçirilir
  33. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  34. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.956 san