08:38 10 Yanvar 2018
674 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanıb. 

Kitaba bir neçə min yeni söz daxil edilib. Ancaq elə sözlər də var ki, dildə istifadə olunmadığı üçün lüğətdən də çıxarılıb. 

Məsələn, deltaplan, ekzitpol, etno-caz, gid, xoreoqraf, prelüdiya, çəkələk... 

Bu sözlər heç kəsi təəcübləndirməsin. Çünki dilə çətin yatan və yeni olan, eyni zamanda dildə çox istifadə edildiyi halda indiyə qədər heç bir lüğətə salınmayan bu sözlər artıq orfoqrafiya lüğətində öz əksini tapıb. 

45 mindən çox sözü əhatə edən yeni orfoqrafiya lüğəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hazırlanaraq nəşr edilib. Mərkəzin aparat rəhbəri Yaşar Əliyev deyir ki, lüğətə həmçinin dildə işlənən, ancaq öncəki lüğətlərdə əksini tapmayan mindən çox söz də daxil edilib. 

Bundan başqa, yeni lüğət hazırlanarkən köhnə lüğətlərdə olan və hazırda cəmiyyətdə işlənməyən sözlər ixtisar edilib. Bunda əsas məqsədi Azərbaycan dilində alınma və ümumişlək olmayan sözlərin dildən çıxarılması, əvəzində Azərbaycan dilində olan sözlərin işlənməsi hesabına bu dilin daha da zənginləşməsinə töhfə verməkdir. 

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-05-2018
23.05.2018 Neftin qiyməti
22-05-2018
22.05.2018 La Liqada yeni klub

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3198 san