21:03 10 Yanvar 2018
600 dəfə oxunub
Çap versiyası
...

Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

  2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev bildirib ki, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdə qərarlaşıb. Bu isə MDB ölkələri içərisində ən yüksək göstəricidir.

 

Dövlət başçısı bildirib ki, ölkəmizdə qeyri-neft sektoru və ümumi daxili məhsul artıb. Belə ki, qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatinda 4,1 faiz artım əldə olunub. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.

 

Prezidentin sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı 24 faiz artib. İşsizliklə mübarizə sahəsində də xeyli uğurların əldə edildiyini vurğulayan prezident İlham Əliyev 2017-ci ildə 177 min daimi olmaqla, 221 min yeni iş yeri açıldığını bildirib. İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxsı nəticələrdən biridir.

 

İnfrasturktur layihələrinin icrasından danışan dövlət başçısı elektrik təchizatının yaxşılaşdırıldığını və bölgələrdə qazlaşdırma işlərinin sürətlə aparıldığını qeyd edib. Dövlət başçısının sözlərinə görə, ötən il 1300 km. avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

 

Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də öz həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.

 

Dövlət başçısı bu il daha çox köçkün ailəsinin yeni mənzillərə köçürüləcəyini vurğulayıb.

 

Dövlət başçısı "Azəri-Çıraq-Günəşli" neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılmasını da yüksək qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, digər enerji layihələri də uğurla icra edilir. Belə ki, "Şahdəniz-2" layihəsinin icrasi 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bagli işlər də cədvəl üzrə gedir.

 

Prezident İlham Əliyev qeyd edib ki, açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yol xətti Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması çox önəmlidir. Dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquqa əsaslanır.

 

Prezident İlham Əliyev Cocuq Mərcanlının bərpasını tarixi hadisə adlandıraraq Şıxarx qəsəbəsində aparılan quruculuq işlərininin əhəmiyyətini qeyd edib.

Qarşıda duran vəzifələrdən danışan prezident İlham Əliyev bildirib ki, ölkədə makro-iqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlər görüləcək və qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olacaq.

 

Prezident 2018-ci ildə sahibkarlara güzəstli kreditlərin verilməsinin davam etdiriləcəyini, yeni iş yerlərinin açılması üçün işlərin görüləcəyini deyib, özünəməşğulluq proqramının icrası məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulduğunu bildirib.

 

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkisafı üçün addımların atılacağını deyən prezident Ilham Əliyev bildirib ki, pambıqçılıq, baramaçılıq, findıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluqla bağlı müsbət nəticələr əldə olunub və bu sahələrə diqqət davam etdiriləcək.

 

Dövlət başçısı qeyd edib ki, 2018-ci il TANAP layihəsinin icrası, Baki-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: "Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlasdırma islərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təskil ediləcək".

 

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək. Dövlət başçısı vurğulayıb ki, bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Sonda dövlət başçısı 2018-ci ili ölkəmizdə "Xalq Cumhuriyyəti ili" elan edib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



 

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5733 san