22:51 10 Yanvar 2018
344 dəfə oxunub
Çap versiyası
...

 

Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov yanvarın 6-da polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl oğurlandığını bildirib.

 Rayon Polis İdarəsi və DİN-Baş Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, cinayət aləmində “Malış” ləqəbi ilə tanınan, 29 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyev saxlanılaraq istintaqa təqdim olunub.

Həsən Əliyev (saxlanılan şəxs): “Ramini qardaşı vasitəsilə tanıyırdım. Onun qardaşı ilə dost idik. Planlaşdırdıq evlərə girdik. 4 evə girdik, üçündən heç nə çıxmadı, birindən qızıl çıxdı. Qızılları saxladım ki, satıb pulu bölək. Sata bilməyib yaxalandım”.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4404 san