08:36 11 Yanvar 2018
256 dəfə oxunub
Çap versiyası
...

Üç fərqli yerdə yaşayış evlərini qarət edən şəxslər tutulub.

 Abşeron rayonu Masazır qəsəbə sakini Məhəmməd Məmmədov polisə müraciət edərək yaşadığı evdən təxminən 10 min manat dəyərində qızıl əşyaları oğurlandığını bildirib. Əməliyyata başlayan polis həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Ramin Həmidov və 33 yaşlı Həsən Əliyevi saxlayıb.

 

Saxlanılan Həsən Əliyev dindirilərkən Ramin Həmidovla həbsdən çıxandan sonra tanış olduğunu bildirib. Bir müddət sonra isə birgə oğurluq etmək qərarına gəliblər.

 

Polisdən verilən məlumata görə, həmin şəxslər Xırdalan şəhəri, Novxanı və Masazır qəsəbələrində 5 mənzildən oğurluq ediblər.

 

Paytaxtın Sabunçu polisi isə Balaxanı qəsəbəsində mənzildən oğurluq edən şəxsi tutub. 12-ci Polis Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Hüseyn Süleymanovu qəsəbədə bir evdən qızıl və televizor oğurlamaqda şübhəli bilərək tutub.Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin mənzildə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini deyib.

 

Araşdırma zamanı saxlanılan şəxsin Balaxanı qəsəbəsində daha iki fərdi yaşayış evindən oğurluq etdiyi də müəyyən edilib. Hər iki faktla bağlı cinayət işi başlanıb.

 



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4666 san