09:10 12 Yanvar 2018
414 dəfə oxunub
Çap versiyası
...

 

Əmanətlərin Sığortalanması Fondu yenidən ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan verilən məlumata görə, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə  alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

“Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etsinlər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8426 san