17:21 12 Yanvar 2018
141 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda “Türk dünyasının coğrafiyası” kitabının hazırlanmasına həsr olunmuş növbədənkənar iclas keçirilib.

İnstitutdan bildirilib ki, Türkiyə-Azərbaycan coğrafiya günlərində akademik Ramiz Məmmədovun bu kitabın hazırlanması təşəbbüsü türk alimləri tərəfindən böyük razılıqla qarşılanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu fikri dəstəkləyib və kitabın yazılmasına qərar verilib.

Əsərin üç cilddən, səkkiz fəsildən, 13 bölmədən ibarət olması nəzərdə tutulur. Kitabda türk dünyasının coğrafi mövqeyi, tarixi-coğrafi mahiyyəti və təbii şəraiti barədə məlumat veriləcək. Nəşrdə türk dünyası ölkələrinin iqtisadiyyatında Xəzər dənizinin əhəmiyyətindən bəhs olunacaq.

İclasda əsərin hər bir türk dövləti üçün vacibliyi qeyd edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Binəqədidə anbar yanıb
20:29 16.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4499 san