21:15 12 Yanvar 2018
299 dəfə oxunub
Çap versiyası
...

Beyləqanda qətl hadisəsi törədilib.

 

 27 yaşlı gənc odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qətl hadisəsi ötən gecə rayonun Dünyamalılar kəndində qeydə alınıb. Kənddə yaşayan və əslən Xocavənd rayonundan olan Muxtar Musatafayev Dünyamlılar kənd sakini 27 yaşlı Əli Bayramovu qətlə yetirib.

 

Əli Bayramovun yaxınları bildirir ki, gənclər arasında bir müddət öncə münaqişə olub, lakin ailələri tərəfindən barışdırılıblar. Buna baxmayaraq ötən gecə Muxtar ov tüfəngini götürərək Əlinin yaşadığı evə gəlib. Həmin vaxt Əli hamamda olub. Muxtar Əlini gözləyib və o, hamamdan çıxarkən iki dəfə atəş açıb.

 

Əli Bayramov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayib. Hadisəni törədən Muxtar Mustafayev saxlanılıb. Hazırda Beyləqan rayon prokrorluğunda qətl hadisəsi ilə bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

 




 

 

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
16-01-2018
16.01.2018 Paytaxtda yanğın
16.01.2018 Neft bahalaşıb
15-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6874 san