22:41 12 Yanvar 2018
397 dəfə oxunub
Çap versiyası
...

Ermənistanda əhali 2018-ci ildə yaxşı heç nə gözləməsin. Maksimum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir.

Bu fikri erməni iqtisadçı Artak Manukyan söyləyib. O qeyd edib ki, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir. Əhali iş tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən-ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla isə Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər.

Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini deyib. Statistika xidmətinin son məlumatına görə, hazırda Ermənistanın xarici borcu 5,10 milyard dollar təşkil edir. Bu isə ümumi daxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyirlər.//AZƏRTAC 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7075 san